Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xitabətçisi dünən 40 iranlı zəvvar daxil olmaqla 80-dan çox Ərbəin zəvvarının şəhid olması ilə nəticələnmiş İraqın Hillə şəhərindəki terror partlayışını pisləyib.
Höccətulislam vəlmuslimin Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində İraqın Hillə şəhərində Hüseyn(ə) Ərbəini zəvvarlarının hərəkəti istiqamətində törədilmiş terror partlayışında şəhid olmuş zəvvarların ailələrinə başsağlığı verərək, vurğulayıb ki, zəvvarlar üçün Əba Əbdillah Hüseyn(ə) yolunda şəhid olmaq bir iftixardır.
Höccətulislam vəlmuslimin Seddiqi Hüseyn(ə) Ərbəinini dəyərli sərmayə, könüllü hərəkət və müsəlman xalqların birliyi amili adlandırıb və belə söyləyib: Xalqın bu böyük mərasimdə əzəmətli iştirakı İslam dünyasına qarşı təhdidlər və fitnələrin uğursuzluğunun amillərindən biridir.
Tehranın müvəqqəti imamcüməsi Hüseyn(ə) Ərbəini zəvvarlarına göstərdikləri qonqapərvərliyə görə, İraqın dövləti və xalqına təşəkkür edərək, deyib: İran İslam Respublikasının polis qüvvələri və təhlükəsizlik orqanları da xarici zəvvarlar da daxil olmaqla zəvvarların təhlükəsizliklərinin bərqərarı və onlara xidmətlərin göstərilməsində münasib fəaliyyətə malik olublar.
Höccətulislam vəlmuslimin Seddiqi həmçinin Amerikanın region ölkələrindəki hərbi müdaxilələrinə toxunaraq, bu ölkənin gələcək dövlətinə tövsiyə edibdir ki, regionda savaşlar törətmək üçün milyonlarla dollar xərcləmək və militarist siyasətləri davam etdirmək yerinə, Amerika xalqının məişət porblemləri ilə məşğul olsun.
Tehranın cümə namazı xitabətçisi Amerika tərəfindən İrana qarşı sanksiyaların daha on il müddətinə uzadılması məsələsini nüvə anlaşması öhdəliklərinin pozulması kimi qiymətləndirib və belə deyib: İslam İnqilabının Böyük Rəhbərinin bəyanatına əsasən, əgər bu sanksiyalar həyata keçirilərsə, İran İslam Respublikası mütləq reaksiya verəcəkdir.
Tehranın müvəqqəti imamcüməsi habelə Ali-Xəlifə rejiminin Bəhreyndə Hüseyn(ə) əzadarlığının keçirilməsinə mane olması və əzadarlara divan tutması kimi qanunsuz hərəkətlərinə reaksiyada beynəlxalq və insan haqları təşkilatlarının bu zorakılıqlar qarşısında susmalarını tənqid edibdir.
Tehranın cümə namazı xitabətçisi Nigeriyada hüseyniyyələrin dağıdılması, eləcə də Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin Paklıq Əhli-Beyti(ə)-a etiqad üstündə ilə həbs edilməsinin davam etməsini də pisləyibdir.