İnqilab Rəhbəri zəvvarların acı hadisəsi ilə bağlı müraciət ediblər
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Təkfirçi cinayətkar qruplaşmalar intiqam xarakterli faciəvi hərəkətlərə əl ataraq bir daha öz xəbis və nəhs üzünü hamıya əks etdirdi.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İraqda Həzrət Seyyidüş-Şühədanın (ə) onlarla zəvvarının şəhid olması ilə bağlı acı hadisələr ardınca bir müraciətdə bildiriblər: Hüseyn zəvvarlarının misilsiz Ərbəin yürüşü və təhlükəsizliyi gözlərini kor etmiş və onların xəbis məkrli planlarını zərərsizləşdirmiş cinayətkar və təkfirçi qruplaşmalar qorxaqcasına intiqam xarakterli faciəyə əl atmışlar və bir daha öz məşum və xəbis üzlərini hamıya göstərmişlər.
Ötən cümə axşamı günü Babil vilayətinin mərkəzi olan Hillə şəhərində əl-Şumli məntəqəsində bir yanacaq doldurma məntəqəsində bomba quraşdırılmış yanacaq tankerinin partladılması nəticəsində təxminən 100 zəvvar şəhid olmuş, bir qrup da yaralanmışdır. İŞİD terror qruplaşmasının məsuliyyətini üzərinə götürdüyü bu terror aktında şəhid olanların əksəriyyəti iranlıdır.
Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Nigeriya, Pakistan və Əfqanıstan kimi dünyanın digər yerlərindən cinayətkarların cinayətləri ilə bağlı acı və təkanverici xəbərlər gəlir. Təkfirçi cərəyan və onları himayə edən dövlətlərin təhlükəsini bir daha bütün müsəlmanlar və ürəyiyananlara xatırladır.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin həlak olan Həzrət İmam Rza (ə) zəvvarlarına Allah-taaladan rəhmət diləyərək yaralılara şəfa istəyib və bildiriblər: Daxili və xarici rəsmilər zəvvarlara baş vermiş hadisələrdən asanlıqla keçməsinlər. Yaralıların müalicəsi, həlak olanların nəqli və müsibətlə üzləşənlərin dərdini azaltmaq üçün öz səylərini göstərsinlər.
Cümə günü Simnanda iki qatarın toqquşması nəticəsində 44 nəfər həlak olub,82 nəfər yaralanıb.