General Səlami: Bəsic sözü İran sərhədlərini aşıb-keçib
İran İlam İnqilabı Keşikçiləri Korpusunun komandan əvəzi deyib: Bəsic(səfərbər) sözü İran sərhədlərini aşıb-keçib və islam dünyasının hər bir yerində müşahidə olunmaqdadır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandan əvəzi general leytenant Hüseyn Səlami İranın 3-cü telekanalına verdiyi müsahibədə deyib: Livanda Hizbullah qüvvələrinin, Suriya və İraqda eləcə də dünyanın müxtəlif yerlərində müqavimətin mübarizələri göstərdi ki, Bəsic İslam dünyasında sərhədlərini genişləndirməkdədir.
General Səlami Bəsiz təfəkkürünün İran sərhədlərindən kənara yayıldığını xatırladaraq deyib: Bəsic islam inqilabı düşüncəsinin daşıyıcısıdır.
General Səlami İŞİD-in İraqın Hillə şəhərində bir qrup iranlı zəvvarın şəhadəti ilə nəticələnən terrorçu əməliyyatına toxunaraq deyib: Döyüş meydanlarından kənarda kor əməliyyatlar İŞİD-in islami quruluşu və müqavimət cəbhəsi qarşısındakı məğlubiyyətinə reaksiyasıdır.
İran İlam İnqilabı Keşikçiləri Korpusunun komandan əvəzi terrorçu İŞİD qrupunun ABŞ və müttəfiqlərinin döyüş ünsürləri olduğunu bildirərək deyib: İranın müqavimət cəbhəsinə hərbi məsləhət sahəsindəki dəstəyi davam edir və terrorçuların cavabı döyüş meydanında veriləcək.
Ötən cümə axşamı günü İraqın Babil vilayətinin Hillə şəhərində Şumlu bölgəsinin yanacaq doldurma məntəqəsində bomba yerləşdirilmiş yanacaq daşıyan bir tankerin partladılması nəticəsində 100 nəfər İmam Hüseyn(ə) zəvvarı şəhid oldu bir neçə nəfər də yaralandı.
İŞİD terrorçu qrupunun məsuliyyətini üzərinə götürdüyü Hillə terror hücumunda şəhid olanların bir qrupu iranlılardan ibarət idi.