Noy 27, 2016 13:52 Asia/Baku
  • Kontr-admiral Səyyari:Beynəlxalq sularda fəaliyyət İran xalqının gücünü göstərir
    Kontr-admiral Səyyari:Beynəlxalq sularda fəaliyyət İran xalqının gücünü göstərir

İran Ordusu Dəniz Qoşunlarının komandanı İranın dəniz qoşunlarının gəmi qrupunun Atlantik okeanında fəaliyyətininİran xalqının güclülüyünü göstərdiyini bildirib.

Kontr-admiral Həbibullah Səyyari 27 noyabr dəniz qoşunları günü münasibəti ilə dünən gecə İranın 1-ci telekanalında etdiyi çıxışında deyib: İran İslam Respublikası ordusunun dəniz qoşunlarının 44-cu gəmi qrupu 2016-cı il oktyabr ayında İranın cənub sahillərini Ədən körfəzi və Tanzaniyada Darüssəlam limanına doğru tərk etdi və bu gün Atlantik okeanı və Cənubi afrika sularında lövbər salmışdır, bu isə İran xalqının güclü olmasının nümayiş etdirilməsi çərçivəsində həyata keçirilir. 

Kontr-admiral Səyyari deyib: Beynəlxalq sularda fəaliyyət İranın təhlükəsizliyinə daha da zəmanət verir. 

Kontr-admiral Səyyari İranın hərbi gəmi satın almaq niyyətində olmadığını və özünə lazım olan hərbi gəmilərini özü istehsal etdiyini bildirərək deyib: İndiyədək "Qədir" və "Fatih" sualtı gəmiləri iranlı mütəxəssislər tərəfindən istehsal edilmişdir. 

İran ordusu dəniz qoşunlarının komandanı bu qoşunların radar, hərbi gəmidən açılan atəşə nəzarət, raket yoxlama kimi yeni nailiyyətlərinin təqdimatından xəbər verərək deyib: Yaxın günlərdə "Xark" locestik gəmisi və yeni "Səhənd" hərbi gəmi başqa bir gəmi ilə birlikdə İran ordusunun dəniz qoşunlarının istifadəsinə veriləcək. 

Teqlər