Noy 27, 2016 20:12 Asia/Baku
  • İran ordusu Dəniz Qoşunları təhlükəsizliyin zaminidir
    İran ordusu Dəniz Qoşunları təhlükəsizliyin zaminidir

Bu gün İran İslam Respublikasında Dəniz Qoşunları Günü-dür. Bu gün “Mirvarid” əməliyyatı və “Peykan” savaş gəmisinın adı ilə bağlıdır.

Elə bu qürurverici əməliyyatın adını əbədiləşdirmək üçün, onun keçirildiyi günə “Dəniz Qoşunları Günü” adı verilmişdir. Bu gün, sanksiyalara rəğmən, Dəniz Qoşunlarının əldə edə bildiyi uğurlar və nailiyyətlərə yenidən nəzər salmaq üçün bir fürsət sayılır. Elə bu uğurlar sayəsində bu gün İranın hərbi gəmiləri beynəlxalq sularda öz iqtidarlı iştırakı ilə İran xalqının qüruruna səbəb olub.

 

İRİB-nin müxbiri:

Ağ Evin sözçüsü yenə də gözünü yumub, ağzını açdı.. Sanki, arzularını sadalayırdı...və dediklərinin tam tərsi baş verməkdə idi...

 

Kontr-admrila Həbibullah Səyyari – İran ordusu Dəniz Qoşunları komandanı:

Ağ Evin sözçüsü əlini xəritədə bir nöqtəyə qoyaraq, oranın Bəndər Abbas limanı olduğunu deyir və Atlantik okeanı keçərək, ABŞ sahillərinə çatmaq üçün 9500 dəniz milini qət etməyin lazım gəldiyini deyir. Və bildirir ki, İran ordusu Dəniz Qoşunları bu məsafəni qət etməyə qadir deyil.

 

İRİB-nin müxbiri:

Sanki İranın beynəlxalq sulardakı iştirakını görməyə gözü yox idi.

Oman dənizi, Ədən körfəzi, Qırmızı dəniz və Hind okeanı.

 

Kontr-admrila Həbibullah Səyyari – İran ordusu Dəniz Qoşunları komandanı:

Onlara buna qadir olduğumuzu göstərməliyik.

 

İRİB-nin müxbiri:

Sanki dəniz qüvvələrimizin strateji olduğuna inana bilmir

 

Kontr-admrila Həbibullah Səyyari – İran ordusu Dəniz Qoşunları komandanı:

Bacardığımız hər bir yerdə bunu onlara göstərməliyik.

 

İRİB-nin müxbiri:

İran hərbi gəmilərinin Süveyş kanalından keçdiyinə də inanmırdı.

Aralıq dənizində, Suriyanın Latakiya limanındakı iştirakına da.

Hətta, sionistlərin müharibə naziri də dilə gəldi.  

Cey Karni neft tankerləri və ticarət gəmilərinin İran hərbi gəmiləri tərəfindən müşayiət edilməsi hallarının 3844-ə çatdığına inanmaq istəmirdi.  

Bizim strateji əhəmiyyətli Dəniz Qoşunlarının bu uğurlarını görmək istəmirdi.

 

Kontr-admrila Həbibullah Səyyari – İran ordusu Dəniz Qoşunları komandanı:

 Dediyim kimi, bizim hərbi gəmilər Mozambik sahillərini keçərək, Cənubi Afrika sularını arxada qoyub.

 

İRİB-nin müxbiri:

Son məlumata görə isə, 44-cü hərbi gəmi qrupu Atlantik okeana çatıb.

İranın hərbi dəniz məntəqələrindən yalnız biri olan 1-ci hərbi dəniz məntəqəsinə, Bəndər Abbasa səfər etdik.

Kontr-admiral Həbibullah Səyyari də orda idi. Komandan öz qüvvələrini yaxından izləmək üçün gəlmişdi.

İranın sualtı qayıqlarının təmiri üzrə bütün əməkdaşlıqları qadağan edən 1929 saylı qətnamənin ardınca, yerli mütəxəssislər sualtı qayıqları əsaslı şəkildə təmir etmişdilər.

 

Dəniz Qoşunlarının üzvü:

Belə bir uğura imza atmaq qeyri-mümkün deyil. Bu mümkündür.

 

İRİB-nin müxbiri:

Əmir “Tariq”ə daxil olur.

 

Dəniz Qoşunlarının üzvü:

Çox şükürlər olsun ki, sualtı qayıq tam təmir edilib və əməliyyata hazırdır. Ekipaj üzvləri də istənilən əmri ən yaxşı formada yerinə yetirməyə hazırdırlar.

 

Kontr-admrila Həbibullah Səyyari – İran ordusu Dəniz Qoşunları komandanı:

Bu gün İran İslam Respublikasının sualtı qayıqlar üzrə özünə inam simvolu “Tariq” sualtı qayığıdır.

 

İRİB-nin müxbiri:

Komandan desant qüvvələrini görməyə gəlmişdi...Gəmilərin təmir işləri və tamamilə yerli istehsalolan və bu yaxınlarda suya buraxılacaq “Səhənd” döyüş gəmisinin quraşdırılması işləri ilə yaxından tanış olmaq istəyirdi...

 

 

 

 

Teqlər