Noy 28, 2016 20:29 Asia/Baku
  • İmam Rzanın (ə) pak ziyarətgahı
    İmam Rzanın (ə) pak ziyarətgahı

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və Həzrət İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü günündə İmam Rzanın (ə) pak ziyarətgahında əzadarların böyük mərasimi keçirilib.

Məşhəd və Rəzəvi Xorasanının müxtəlif bölgələrindən 300-dən çox dini heyət onlarla Rəzəvi piyada karvanı ilə birlikdə bazar ertəsi günü şiələrin 8-ci imamının pak ziyarətgahında günorta və əsr namazlarından sonra əzadarlıq edib.

Bu mərasimdə dini heyətlər Əhli-Beyt (ə) zakirləri və məddahlarının mərsiyələrini zümzümə edərək əziz peyğəmbər və İmam Həsənin əzasında zəncir və sinə vurublar.

Bu arada bazar ertəsi günü İranın müxtəlif vilayətləri və bəzi islam ölkələrindən çoxlu sayda zəvvar Qum şəhərində əzadarlıq edib və bu dini şəhərdə başqa bir Aşuraya imza atıblar.

Həzrət Fatimə Məsumənin (s.ə) pak ziyarətgahı 28 səfər günü, Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü günündə İran və digər ölkələrdən müxtəlif əzadar dəstələrə evsahibliyi edib.

Həmçinin Qum əhalisi iraqlıların Kərbəla Müəlla istiqamətində Hüseyn (ə) Ərbəini əzadarlarını yüksək səviyyədə qarşılamasına görə, Həzrət Fatimə Məsumənin (s.ə) pak hərəminin girişində iraqlı heyətlərin qarşısına toplaşaraq onlara qatılıb və bu zəvvarları çox gözəl şəkildə qarşılayıblar.

Teqlər