Dek 02, 2016 12:14 Asia/Baku
  • İranın önləmə qüdrətinin əhəmiyyəti vurğulanıb
    İranın önləmə qüdrətinin əhəmiyyəti vurğulanıb

İran İslam Respublikası ordusunun ikinci dəniz məntəqəsinin komandanı deyib: İranın önləmə qüdrəti o həddədir ki, düşmənlər hətta onun su sərhədlərinə yaxınlaşmaq və ya onu hədələmək cürətinə malik deyillər.

IRNA-nın məlumatına görə, İran İslam Respublikası ordusunun "Vilayət" adlı ikinci dəniz məntəqəsinin komandanı 2-ci dərəcəli kontr-admiral Reza Abbasi dünən gecə Təbrizdə keçirilən mətbuat konfransında İranın müdafiə və önləmə qüdrətinin artmasından xəbər verib və bildirib ki, ordunun dəniz qoşunları daxili qüvvələrin gücünə söykənərək, önləmə qüdrətinin yüksək səviyyəsinə çatıbdır.

2-ci dərəcəli kontr-admiral Reza Abbasi həmçinin ordunun dəniz qoşunlarının il boyu müxtəlif suüstü, sualtı və dəniz piyadaları korpusu sahələrində bir neçə manevrin keçirilməsinə işarə edərək, deyib: İran hər il Oman, Pakistan, İtaliya, Hindistan və Rusiya kimi ölkələrlə birgə manevr keçirir.

İran İslam Respublikası ordusunun ikinci dəniz məntəqəsinin komandanı sonra ötən illər ərzində "Cəməran" hərbi gəmisi kimi bir neçə iranlı hərbi gəminin düzəldilməsinə toxunaraq, deyib: İran ordusunun dəniz qoşunları sanksiyalara rəğmən, indiyədək hərbi gəmi kimi müxtəlif silah və hərbi təchizatların düzəldilməsi istiqamətində xarici köməkdən istifadə etmədən uğurla hərəkət edibdir.

 

Teqlər