Dek 04, 2016 13:02 Asia/Baku
  • ABŞ konqresinin qərarı əhatəli proqrama ziddir
    ABŞ konqresinin qərarı əhatəli proqrama ziddir

İran İslam Respublikası prezidenti deyib: İran ətraflı müştərək təşəbbüs proqramının icrasında hər hansı gecikmə, əngəlləmə və sədaqətsizliyə qarşı qəti tədbir görəcəkdir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün İslami Şura Məclisinin açıq iclasında növbəti hicri qəməri ilinin dövlət büdcəsi layihəsini parlamentə təqdim edərkən İranın heç vaxt əhatəli proqramı pozmadığını vurğulayaraq deyib: İran əhatəli müştərək təşəbbüs proqramının pozulmasına əlverişli cavab verəcək ona görə ki, ABŞ konqresinin qərarı bu proqram ilə ziddiyətdədir. 

Ruhani əhatəli proqramın uduş-uduş razılaşması olduğunu bildirərək deyib: İran beynəlxalq əlaqələri öz haqqı hesab edir və bu sahədə heç bir ölkənin izninə ehtiyaclı deyil. 

Ruhani ABŞ konqresində Damato adlanan İrana qarşı sanksiyalar qanununun müddətinin uzadılmasına toxunaraq deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ayrı-ayrı hesabatları İran İslam Respublikasının əhatəli proqramın icrasına başlanıldığı gündən öz öhdəliklərini yerinə yetirdiyini isbatlamışdır. 

İran prezidenti deyib: Əhatəli müştərək təşəbbüs proqramı BMT TŞ tərəfindən təsdiqlənmiş beynəlxalq bir sənəddir və onun dəqiq icrası bütün tərəflər üçün bir çox nailiyyətlərə gətirib çıxaracaq. 

İranın icra aparatının başçısı ABŞ prezidentinin İrana qarşı sanksiyaların müddətinin uzadılması yaxud icra edilməsinin qarşısını almaq üçün öz səlahiyyətlərindən istifadə etməli olduğunu xatırladaraq deyib: İranın Milli Təhlükəsizlik Ali Şurasının qərarları və İran parlamentinin qəbul etdiyi qanuna görə, əhatəli müştərək təşəbbüs proqramının icrasına nəzarət heyətinin cari həftədə keçirəcəyi iclasda bu sahədə lazımı qərarlar qəbul ediləcək və xalqın diqqətinə çatdırılacaq. 

Teqlər