Dek 06, 2016 20:13 Asia/Baku
  • İran prezidenti Həsən Ruhani
    İran prezidenti Həsən Ruhani

İran prezidenti deyib: İran xalqı və dövləti nüvə anlaşmasını zəiflətmək və onu cırmaq icazini kimsəyə verməz.

İran prezidenti Həsən Ruhani bildirib: İranın bu gün malik olduğu siyasi müstəqilliyin təkcə regionumuzda deyil, bütün dünyada mislini görə bilməzsiniz. Siz bir diqqət yetirin, Amerika seçkilərində bir nəfər seçilir ki, Avropada, şərqdə, Asiyada, Amerika qitəsinin bir sıra yerlərində siyasətçilərin zehnində çaxnaşmalara və hay-küyə səbəb olmuşdur. Mən nə sevinirəm deyən yeganə ölkə, İslam İnqilabının Böyük Rəhbərinin buyurduğu kimi, biz nə sevinirik, və nə də qəmə batmışıq. Heç birisi deyilik. Amerikada bir nəfər seçilib, bizə nə. Hər hansı proqramı da varsa, sonradan bəlli olacaq. Biz öz yolumuzu gedəcəyik. Biz öz istiqamətimizi davam etdirəcəyik. Bəli, onun ürəyi çox şey istəyə bilər, ürəyi istəyər nüvə anlaşmasını zəiflədər, ürəyi istəyər nüvə anlaşmasını cırar. Bəyəm biz qoyarıq, bəyəm xalqımız qoyarmı?

Teqlər