Dek 08, 2016 14:08 Asia/Baku
  • İnqilab Rəhbərinin Ümumölkə Namaz İclasına müraciəti

İslam İnqilabının Böyük Rəhbəri 25-ci Ümumölkə Namaz İclasına müraciətdə hamının namazın qılınmasındakı məsuliyyətinə toxunaraq, vurğulayıblar: Səy və cidd-cəhdlə namazı özünəlayiq yerində tanıyıb, təqdim etməli və öz şəxsi əməlimizi ona mütənasib olaraq, yüksəltməliyik.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin bu gün səhər Vəliyyi Fəqihin Əlborz vilayətindəki nümayəndəsi və Kərəcin imamcüməsi höccətulislam vəlmuslimin Hüseyni Həmədani tərəfindən qiraət olunmuş müraciətində deyilir: Namaz, bütün ümmətin üzünə açılmış bir qapıdır ki, onun vasitəsilə Allah-Taalanın hidayəti və rəhmətinə çatmaq, eləcə də həyatı düzgün və xeyir-bərəkətlə dolu istiqamətə yönləndirmək olar.

Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə belə qeyd ediblər: Hər bir şəxsin mənəvi sağlamlığı namazla bağlıdır və hər bir cəmiyyətin "sirati-müstəqim"i və saf həyatı da yalnız onda, namazın qılınması ilə reallaşacaqdır.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə deyiblər: Kitab və ənənələrdə namazın qılınmasına təkidin, bu rəhmət qapısının müsəlman şəxs və cəmiyyətin üzünə açıq qalmasından başqa, bir hədəfi yoxdur.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin belə qeyd ediblər: Rəsmilər, ruhanilər dini təbliğat və təlim üzrə məsul şəxslər, eləcə də xalqın bütün təbəqələri namazın qılınması məsuliyyətinə şərikdirlər.

25-ci Ümumölkə Namaz İclası bu gün səhər İranın islami irşad və mədəniyyət naziri, ostanların imamcümələri, şəhid ailələri, hərbi və polis komandanlarının iştirakı ilə "Namaz və İctimai Zərərlərin Azaldılması" şüarı ilə Əlborz vilayətinin Kərəc şəhərində yerləşən Mohəmmədşəhr məntəqəsindəki İmam Xomeyni(r.ə.) adına Ali Təhsil Mərkəzində işə başlayıb.

Teqlər