Dek 09, 2016 11:20 Asia/Baku
  • İran və Venesuela prezidentləri
    İran və Venesuela prezidentləri

İran və Venesuela prezidentləri neft bazarında sabitliyə və qiymət artımına nail olmaq üçün neft istehsal edən ölkələr təşkilatı OPEK-ə üzv ölkələr arasında əməkdaşlıqların və məsləhətləşmələrin davam etməsinə təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı Venesuela prezidenti Nikolas Maduro ilə telefon söhbətində deyib: Tehran neft bazarında sabitlik və qiymət artımını himayədə qətiyyətlidir. 

H.Ruhani Tehran və Karakas arasında neft bazarında sabitlik və qiymət artımı ilə bağlı davamlı və sıx məsləhətləşmələrin aparılmasına işarə edərək, deyib: OPEK-ə üzv ölkələr bu təşkilatın Vyanada keçirilən 171-ci iclasında əldə olunmuş anlaşmanın həyata keçirilməsinə ciddi səy göstərməlidirlər. 

İran prezidenti həmçinin, Cənubi Amerika xüsusi ilə də Venesuelanın İranın xarici siyasətində müstəsna əhəmiyyət kəsb etdiyini də qeyd edib. 

Venesuela prezidenti də bu telefon söhbətində deyib: Neft istehsal edən ölkələr arasında Vyanada əldə edilən razılıq bütün üzv ölkələr üçün böyük bir uğur hesab edilməlidir. Və bu anlaşmanın müsbət təsirləri gələcək aylarda daha aşkar formada hiss ediləcək. 

N.Maduro neft bazarında qiymətin dəllalar tərəfindən təyin edilməsinin yol verilməz olduğunu vurğulayıb və deyib: Hazırkı addımlar neft bazarında ədalətli və real qiymətə nail olana kimi davam etdirilməlidir. Və bu istiqamətdə İran-Venesuela əməkdaşlıqları böyük əhəmiyyət kəsb edir. 

OPEK-ə üzv 30 ölkə bu təşkilatın 171-ci iclasında 2017-ci ilin ilk 6 ayında gündəlik istehsal miqdarının 1.2 milyon barel azaldılması barədə razılığa gəldilər. Bu anlaşmaya əsasən OPEK-in gündəlik neft istehsalı həcmi 32.5 milyon barelə çatdırılmalıdır. 

Teqlər