Dek 11, 2016 14:17 Asia/Baku
  • İranın təhlükəsizlik naziri: Regionun təhlükəsizliyi İranın təhlükəsizliyidir
    İranın təhlükəsizlik naziri: Regionun təhlükəsizliyi İranın təhlükəsizliyidir

İranın təhlükəsizlik naziri deyi: İran İslam Respublikası qonşuları və Asiyanın qərbinin təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.

İranın təhlükəsizlik naziri Mahmud Ələvi bazar günü Tehran Təhlükəsizlik Konfransının kənarında jurnalistlər qarşısında İranın təhlükəsizliyi və iqtisadiyyatının qərblilərə bağlı olmadığına işarə edərək, deyib: İran davamlı olaraq nəzəri və əməli baxımdan əməkdaşlıqların edilməsi yolu ilə qonşu ölkələr və Asiyanın qərbində təhlükəsizliyin təmin edilməsində rol oynamağa hazır olduğunu elan edib.

Ələvi həmçinin,böyük qüdrətlərin öz maraqları və mənafelərini regionda gərginliyin olmasında gördüklərinə işarə edərək, deyib: Təhlükəsizliyin təmin edilməsi və onlarla mübarizənin aparılması üçün ən yaxşı yol birgə əməkdaşlıq etmək və davamlı təhlükəsizliyə malik olmaqdır.

Teqlər