Dek 13, 2016 16:59 Asia/Baku
  • General-mayor Heydəri: İran ordusu hər cür təhdid ilə mübarizəyə hazırdır
    General-mayor Heydəri: İran ordusu hər cür təhdid ilə mübarizəyə hazırdır

İran İslam Respublikası ordusunun quru qoşunları komandanı deyib ki, İranın silahlı qüvvələri hər cür təhdid və düşmənlərin ehtimal olunan hərəkətləri ilə mübarizəyə hazırdır.

İran İslam Respublikası ordusunun quru qoşunları komandanı general-mayor Kiyumərs Heydəri böyük Muhəmməd Rəsulallah(s.ə.s)-4 manevrinin sonuncu günündə bu manevrdə iştirak edən qüvvələr və komandanlar qarşısında söyləyib: Bu manevrin ilk mesajı, İslam İnqilabının tərəfdarlarına və müsəlman xalqlara ünvanlanmışdı. O da bu idi ki, Muhəmməd Rəsulallah(s.ə.s)-4 manevrində icra olunanlar İslamın qüdrətinin bir hissəsidir və bu qüdrət düşmənlərin təhdidlərinə qətiyyətli cavab verə bilər.

General-mayor Heydəri əlavə edib: Bu manevrin ikinci mesajı, İran xalqı ilə düşmən olan kəslərə idi ki, İslam İnqilabı övladlarının və İranın silahlı qüvvələrinin onlarla mübarizəyə hazır olmalarını müşahidə etsinlər.

Bazar günü İranın cənub-şərqindəki əsas məntəqədə başlanmış Muhəmməd Rəsulallah(s.ə.s)-4 manevri çərşənbə axşamı günü öncədən təyin olunmuş hədəflərə çataraq, uğurla başa çatıb.

Teqlər