Ruhaninin nüvə anlaşması ilə bağlı yeni göstərişi
-
Ruhaninin nüvə anlaşması ilə bağlı yeni göstərişi
Amerika tərəfindən nüvə anlaşmasının icrasında gecikmə və laqeydliyin baş verməsi və onun pozulması, həmçinin Nüvə Anlaşmasına Nəzarət Heyəti və İran Milli Təhlükəsizlik Ali Şurasının qərarının ardınca İran İslam Respublikası prezidenti İranın xarici işlər nazirinə və İranın Atom Enerjisi Təşkilatının sədrinə ayrı-ayrılıqda göstərişlər verib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı məktubda belə göstəriş verib: Amerika dövlətinin nüvə anlaşmasındakı öhdəliklərinin icrası sahəsində indiyədək gecikmə və laqeydliyə yol verməsinə, eləcə də İranın öncədən belə hərəkətləri nüvə anlaşmasının pozulması adlandırdığı İrana qarşı sanksiyalar qanununun son vaxtlar uzadılmasına əsasən, Tehran pozulma hallarına baxılması üçün nüvə anlaşmasında nəzərdə tutulmuş mərhələlərin icrası ilə bağlı addımlar atıb və lazım olan digər hüquqi və beynəlxalq izləmələri də ciddi surətdə izləyəcəkdir.
Həsən Ruhani həmçinin İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehiyə ünvanladığı başqa bir məktubda göstəriş veribdir ki, elmi-tədqiqat mərkəzlərinin həmkarlığı ilə beynəlxalq öhdəliklər çərçivəsində dinc nüvə proqramının inkişafında dəniz nəqliyyatı sahəsində bəhrələnmə istiqamətində nüvə mühərrikinin konstruksiya edilib, düzəldilməsi üçün proqramlaşdırma aparsın.
Ruhani habelə İranın Atom Enerjisi Təşkilatının sədrinə göstəriş veribdir ki, nüvə mühərrikinin istehlak yanacağı istehsalı üzrə araşdırma və konstruksiya tez bir zamanda icra olunsun.
ABŞ senatı son zamanlar bu ölkə konqresinin nümayəndə palatasının İrana qarşı sanksiyalar qanununun on il müddətinə uzadılmasına dair bir qərarını 99 lehinə və heç bir əleyhinə səs olmadan qəbul etdi. Beləliklə, ABŞ konqresi İrana qarşı sanksiyaların 2016-cə ilədək davam etməsinə səs verdi.