Dek 13, 2016 19:23 Asia/Baku
  • İndoneziya prezidenti Tehrana daxil olub
    İndoneziya prezidenti Tehrana daxil olub

İndoneziya prezidenti İranın yüksək vəzifəli rəsmilərilə görüş məqsədilə bir nümayəndə heyətilə bu gün axşam Tehrana daxil olub.

IRNA-nın məlumatına görə, İndoneziya prezidenti Coko Vidodo qərar üzrə İranın prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşməlidir.

İndoneziya prezidentini bu səfərdə bu ölkənin siyasi və iqtisadi rəsmiləri müşayiət edirlər.

İndoneziya prezidenti Tehrana səfərdən öncə IRNA müxbiri ilə müsahibədə bu səfəri önəmli adlandırıb və vurğulayıbdır ki, İran EKO ilə ASEAN arasındakı dialoqların gücləndirilməsində mühüm rol oynaya bilər.

Teqlər