Laricani: Hələbin azadlığı region böhranının həllində yeni yolu açır
İran İslam Şurası Məclisinin sədri deyib: Suriyanın Hələb şəhərinin azad olunması region böhranının həllində yeni yolu açacaq.
Fars Xəbər Agentliyinin məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bugünkü plenar iclasda Suriyanın Hələb şəhərinin azad olunmasına toxunaraq deyib: Hələbin azad olunması İraqın Mosul şəhərinin azad olunmasının başlanğıcı olacaqdır və bu uğurlar region böhranının həllində yeni yol olacaqdır.
Laricani terrorçularla savaşda qələbələr münasibəti ilə Suriya və İraq xalqlarını təbrik edərək bildirib: Parlament terrorçular qarşısında İraq və Suriya xalqlarının yekun qələbəsinə qədər İran xalqının dəstəyini elan edir.
Laricani ABŞ və qərbin Suriya, İraq, Liviya və Yəməndə aldadıcı siyasətlərinin məğlubiyyətə uğradığını deyərək bildirib: Regiondakı müqavimət mehvəri qərbdən asılı terrorçuları geri oturmağa məcbur edib.
İran parlamentinin sədri həmçinin ABŞ və İngiltərə rəsmilərinin regionda qorxu yaratmaq üzrə məqsədini silah bazarında hərəkətliliyi artırmaq və dünyanın ümumi fikrini qərbin regiondakı məğlubiyyətə uğramış avantürist funksiyasından yayındırmaq adlandırb.