İnqilab Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibini qəbul ediblər
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Fələstin məsələsinin unudulması üçün sionist rejim hamilərinin davamlı böhranlar yaratmasına baxmayaraq, bu şərafətli diyar Fələstin xalqı və qruplarının müqavimət və mücahidətinin bərəkəti ilə azad olacaqdır.
İslam İnqilabının Böyük Rəhbəri informasiya portalının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdulla və onu müşayiət edən heyəti qəbul ediblər. Görüşdə İnqilab Rəhbəri deyiblər: Qüds-Şərifin yeganə xilas yolu mübarizə və müqavimətdir və digər yollar sonsuzdur.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Sionist rejimin öncələr dediyim kimi, bütün fələstinlilər və müsəlmanların birlikdə sionistlərlə mübarizəsi şərti ilə gələn 25 il ərzində xarici mövcudluğu olmayacaq.
İslam İnqilabının Böyük Rəhbəri regionun çoxlu problemlərinin əsas səbəbini "böyük zalım və böyük şeytan" yəni Amerika adlandırıb və regionun kiçik şeytanlarının mövcud böhranlardakı müdaxilələrinə toxunaraq əlavə ediblər: Onların hamısının məqsədi Fələstin məsələsinin regionun ümumi fikrində gözdən düşməsi və xalqların yaddaşından silinməsidir.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İslam Respublikası regionun bəzi hadisələrində bir sıra məsələlərlə qarşı-qarşıya qalmasına baxmayaraq, həmişə və açıq-aşkar şəkildə bildirib ki, Fələstin məsələsi islam dünyasının birinci məsələsidir və bu sahədə öz borclarını yerinə yetirir.
Sionistlər qarşısında birlik və müqavimət üçün Fələstin İslami Cihad Hərəkatının 10 maddəlik planından razılığını bildirən İnqilab Rəhbəri deyiblər: Mübarizənin vurğulanması, təslimçi müqavilələri tam şəkildə rədd etmək, fələstinli qrupların birliyinin vurğulanması və düşmənlə saziş üçün bəzi mürtəce ölkələrini səyini pisləmək bu layihənin önəmli müddəalarındandır.
Həzrət Ayətullahülüzma Xamenei bu layihənin icra olunmalı olduğunu qeyd edərək xatırladıblar: Şübhəsiz İslami Cihad Hərəkatının 10 maddəlik planının müddəalarının gerçəkləşməsinə mane olmaq üçün tapşırıq alanlar vardır. Buna görə, ehtiyatlı olmaq lazımdır ki, bu layihə kağız üzərində qalmasın və ilkin və taktiki alqışlardan sonra tədricən unudulmasın.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Regionun önəmli məsələlərindən biri İŞİD, Ən-Nüsrə Cəbhəsi və digər qruplar kimi təkfirçi qruplarla hərtərəfli mübarizədir. Çünki belə olmadığı halda, təkfirçilərin davamlı böhranlarına görə, Fələstin məsələsi kənarda qalacaqdır.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdulla da İnqilab Rəhbəri və İslam Respublikasının Fələstin amalı və xalqına şücaətli və məntiqli dəstəyinə görə təşəkkürünü bildirib 2014-cü ildə sionist rejimin Qəzzə zolağına qarşı 50 günlük müharibəsi ilə müqayisədə fələstinli müqavimət qruplarının döyüş qabiliyyətinin bir neçə dəfə artdığına toxunub və əlavə edib: Fələstin həlledici diyardır və haqq sahiblərinə qayıtmayınca bölgə sakitləşməyəcək.