Ruhani: Şiə və sünni qardaş, islam və peyğəmbər sünnəsinin ardıcılıdır
-
Ruhani: Şiə və sünni qardaş, islam və peyğəmbər sünnəsinin ardıcılıdır
İran prezidenti bütün müsəlmanları islam peyğəmbərinin (s.ə.s) təlimləri sayəsində birlik və qardaşlığa çağırıb və deyib: Həm şiə hilalı, həm də sünni üçbucağı yanlışdır. şiə və sünni islam və əziz islam peyğəmbərinin sünnəsinin ardıcılıdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı günü Tehranda işə başlayan 30-cu İslam Vəhdəti Beynəlxalq Konfransının açılış mərasimində düşmənlərin məqsədinin islam cəmiyyətləri fürsətlərini məhv etmək olduğunu deyərək əlavə edib: Sionist rejim və qaniçənlərin regiondakı məqsədi müsəlman gənclərdən ümidi almaqdır. Lakin tezliklə özləri naümidliyə düşəcəklər.
Ruhani islamda cihadı zülm və təcavüz qarşısında müqavimət mənasında qiymətləndirib və bildirib: İslamda cihad dinin əzəməti və müsəlmanların izzətini müdafiə etməkdir və müsəlmanlar qarşısında müsəlmanı qətlə yetirmək və müsəlmanla savaş mənasında deyildir.
İran prezidenti bəzi müsəlmanların təcavüzkar sionist rejimə kin bəsləmək yerinə bir-birinə kin bəsləmək faciəsini tənqid edərək xatırladıb: Hələb və Mosulun viran edilməsi, müsəlman gənclərin başının kəsilməsində qərb qüdrətləri, sonra isə onların regional himayədarları məsuliyyət daşıyırlar.
İran İslam Respublikası Hələb şəhərinin terrorçulardan azad olunmasına da münasibət bildirib: Qüdrətlər və regionun bəzi diktator dövlətlərinin terrorizmdən vasitə kimi istifadə etmələri nəticəsiz qalacaqdır.
30-cu İslam Vəhdəti Beynəlxalq Konfransı cümə axşamı günü səhər Vəhdət və Təkfirçi Qruplarla Mübarizənin Vacibliyi şüarı ilə Tehranda işə başlayıb. Konfrans üç gün davam edəcək. 300-dən çox iranlı və xarici qonaq bu konfransda təkfirçi cərəyanlarla mübarizənin vacibliyi kimi məsələləri araşdıracaq.