Dek 15, 2016 14:28 Asia/Baku
  • İnqilab Rəhbəri: Din və Quran hakimiyyəti düşmənin təhlükə hiss etməsinə səbəb olub
    İnqilab Rəhbəri: Din və Quran hakimiyyəti düşmənin təhlükə hiss etməsinə səbəb olub

İslam İnqilabının Böyük Rəhbəri dünya proseduralarında zalımların hücumları və planlarının məqsədini İslami İran adlandırıb və xatırladıblar: Din və Quranın İrana hakimiyyəti və onun dünyanın digər yerlərinə yayılması düşmənin təhlükə hiss etməsi və İranın islam quruluşuna qarşı fəaliyyət və məkrli planlar qurmasına səbəb olmuşdur.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 2016-cı il 5 dekabrda keçirilən və bəyanatının mətni bu gün Qorqanda Gülüstan Ostanının 4 min şəhidinin anım mərasimində yayımlanan bu mərasimi təşkil edən komitənin üzvləri ilə görüşündə İslam İnqilabı, milli izzət və İranın tarixi və gələcəyinin mühafizəsində şəhidlərin fədakarlığını əzəmətli adlandırıblar. 

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Əgər bu fədakarlıq və şəhadətsevərlik olmasaydı, islam quruluşunun yenicə açmış fidanı güclü tufanlar qarşısında davam gətirməzdi və məhv olardı. Buna görə, fədakarlıq və şücaətlik ruhiyyəsini qorumaq və gücləndirmək lazımdır. 

Həzrət Ayətullahülüzma Xamenei ixtilaf yaratmaq üçün düşmənlərin külli miqdarda vəsaitlər xərcləməsi və planlar cızmalarına toxunaraq əlavə ediblər: İslami İranda və Gülüstanın müxtəlif bölgələrində, mərkli planlar və təkfirçi cərəyanlar və düşmənin casusluq xidmətlərinin istəyinin tam düz qarşısında, müxtəlif etnoslar və məzhəblər birgə yanaşı yaşama və əməkdaşlığı qorumaq istiqamətində çalışırlar. 

İslam İnqilabının  Böyük Rəhbəri bu qarşılıqlı əməkdaşlıq və sevgini düşmənlərin ixtilaf yaratması qarşısında məqsədyönlü və qətiyyətli siyasi iş və İranın həqiqi güclü yerlərindən adlandırıb və xatırladıblar: Bu koordinasiyalar və qarşılıqlı əlaqələr, o cümlədən imkanlar və dünya zalımları, ABŞ və sionizm ilə qeyri-bərabər savaşda İslam Respublikasının özünəməxsus vasitələrini onlar dərk və təhlil edə bilməzlər. 

Gülüstan Ostanı 4 min şəhidin anım mərasimi cümə axşamı günü səhər İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin çıxışı ilə Qorqan şəhərində işə başlayıb. 

Teqlər