Salehi: Amerikanın nüvə anlaşmasında əhdə xilaf çıxması davam edir
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri deyib ki, Amerikanın nüvə anlaşmasında əhdə xilaf çıxması davam edir.
IRIB-nin məlumatına görə, İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi dünən gecə bir televiziya verilişində əlavə edib: İran İslam Respublikası beynəlxalq səhnədə nüvə anlaşması sahəsində öz mövqelərini bəyan etmək üçün bir kəsdən çəkinmir.
Salehi deyib: Qərblilərin vədləri nüvə anlaşmasının icrasından düz bir ay sonra boş çıxdı və xarici banklar nüvə anlaşmasından sonra İranla heç bir fəaliyyət aparmayıblar və aparmayırlar da.
Qərar üzrə MAQATE-nin baş direktoru Yukiya Amano sabah bir nümayəndə heyəti ilə Tehrana daxil olmalıdır. Bu səfər İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin dəvəti ilə həyata keçirilir.
Həmin səfərdə Amano Salehidən əlavə, İranın digər rəsmiləri ilə də görüşəcək.
Bu səfər elə bir halda həyata keçirilir ki, nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalmayaraq, İrana qarşı sanksiyaları uzatmasına görə, Tehran Amerikaya etiraz edir.
MAQATE dəfələrlə bildiribdir ki, İran nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalıbdır.