Dek 17, 2016 15:14 Asia/Baku
  • İnqilab Rəhbəri Beynəlxalq İslam Vəhdəti Konfransının iştirakçıları ilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri Tehranda keçirilən Beynəlxalq İslam Vəhdəti Konfransının iştirakçıları ilə görüşdə deyiblər: İngiltərə həmişə Asiyanın qərbi üçün təhdid, fəsad və səfalət mənbəyi olub.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər ölkə rəsmiləri, İslam ölkələrinin Tehrandakı səfirləri, Beynəlxalq İslam Vəhdəti Konfransı iştirakçıları və müxtəlif təbəqədən olan insanlar ilə görüşdə deyiblər: Bu gün məntəqədə iki iradə bir-birinin qarşısında yer alıb: "Vəhdət iradəsi" və "Təfriqə iradəsi". Belə bir həssas məqamda "Quran və İslam Peyğəmbərinin(s.ə.s.) ilahi təlimlərinə söykənmək", vəhdətyaradıcı bir dərman olaraq, İslam Dünyasının bütün fəlakətlərinin həll yoludur.

Həzrət Ayətullahuluzma Xamenei ingilislərin son 2 əsrdəki rəftarları və siyasətlərini məntəqə xalqları üçün şər və səfalət mənbəyi adlandırıb və deyiblər: Son günlər ingilislər tam həyasızlıqla əziz və məzlum İranı məntəqə üçün təhdid adlandırıblar. Amma hamı yaxşı bilir ki, bu ittihamların əksinə olaraq, təhdid, fəsad, səfalət və təhlükənin dəyişilməz qaynağı ingilislər olublar.

İslam İnqilabının Böyük Rəhbəri dünya imperializmi və hegemonçuluq quruluşunun davamlı olaraq müsəlmanlar arasında təfriqə yaratmaq və müsəlmanları zəiflətməyə səy göstərdiklərini deyərək, vurğulayıblar: İslam Dünyası bu gün bir çox problemlər və əziyyətlərə düçar olub. Bu problemlər və müsibətlərdən nicat yolu isə "birlik, həmrəylik, əməkdaşlıq, habelə əqidə və düşüncə ixtilaflarından yan keçməkdir".

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İslam ölkələri və müsəlman xalqlar arasında vəhdətin icad olacağı təqdirdə, amerikalılar və sionistlər öz istəklərini müsəlmanlara qəbul etdirmək gücünü itirmiş və Fələstinin unutdurulması fitnəsi nakam qalmış olacaq.

O həzrət Asiyanın şərqində, Myanmadan tutmuş, Afrikanın qərbinə, Nigeriyaya kimi müsəlmanların qırğın edilmələrinə, habelə son dərəcə önəmli əhəmiyyətə malik olan Asiyanın qərbində müsəlmanların çeşidli problemlər ilə üzləşmələrinin səbəbini hegemonçuların təfriqə yaratma siyasəti adlandırıb və deyiblər: Belə bir şəraitdə ingilis şiəsi və amerikan sünnisi qayçının iki üzü kimi ixtilaf törətməklə məşğuldurlar.

İslam İnqilabının Böyük Rəhbəri birliyi İslam Dünyasının ehtiyac duyduğu ən mühüm hazırlıq adlandırıb və deyiblər: Şİə və sünni daxil olmaqla bütün İslam firqələri ixtilaflardan çəkinməli və əziz İslam Peyğəmbəri(s.ə.s.), Qurani-Məcid və Kəbəni vəhdət və həmrəyliyin əsası qərar verməlidirlər.

İnqilab Rəhbərinin çıxışından öncə İran İslam Respublikası prezidenti Həsən Ruhani İslam Peyğəmbərinin(s.ə.s.) mövlud gününü haqqa və bütün ilahi fəzilətlərə çağırış günü adlandırıb və deyib: İslam Peyğəmbərinin(s.ə.s) həyatı haqq və batil arasında orta yolun seçilməsi olmayıb. O həzrət haqq dedikdə ən yaxşı yolu seçərdi və mötədil olmağın mənası da elə budur.

H.Ruhani həmçinin regionun vəziyyəti ilə bağlı bəzi qrupların İslam Peyğəmbəri(s.ə.s) adına dinin simasını terror və zorakılıq ilə çirkləndirmələrinə işarə edərək, deyib: İran İslam Respublikası daim regionun məzlum xalqlarının kənarında dayanaraq, terrorizm ilə mübarizə aparacaq.

Sonda Beynəlxalq İslam Vəhdəti Konfransının iştirakçıları İnqilab Rəhbəri ilə yaxından görüşüb, söhbət ediblər.

Teqlər