Dek 18, 2016 10:44 Asia/Baku
  • Amano Salehi ilə Tehranda görüşüb
    Amano Salehi ilə Tehranda görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehranda İranın Atom Enerjisi Təşkilatının sədri ilə görüşərək danışıqlar aparıb.

Ötən gecə İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin dəvəti ilə bir heyətin müşayiəti ilə Tehrana səfər edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano Salehi ilə İran və agentliyin texniki, nəzarət sahələrində əməkdaşlığı və nüvə anlaşması ilə bağlı məsələlər haqda müzakirə aparıb. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehrana bir günülk səfərində Salehidən əlavə İran İslam Respublikası prezidenti və bəzi digər İran rəsmiləri ilə görüşərək danışıqlar aparacaq. 

Amanonun Tehrana səfəri ilə yanaşı qeyd edək ki, Amerika İran əleyhinə sanksiyaların müddətini uzatmaqla nüvə anlaşmasında öz öhdəliyini yerinə yetirməmişdir. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogeriniyə ünvanladığı məktubda Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına nəzarət komissiyasının iclasının keçirilməsini istəyib. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın nüvə anlaşmasında öz öhdəliklərinə sadiq qaldığını bildirib. 

ABŞ prezidenti Barak Obama İran əleyhinə sanksiyaların müddətinin uzadılması qanununu imzalamadan bu sanksiyaların 10 il müddətinə icra olunmasına icazə vermiş oldu. 

Teqlər