Dek 18, 2016 17:32 Asia/Baku
  • Ruhani: İran əleyhinə qanunun imzalanması dünyanın Amerikaya etimadsızlığına səbəb olub
    Ruhani: İran əleyhinə qanunun imzalanması dünyanın Amerikaya etimadsızlığına səbəb olub

İran İslam Respublikası prezidenti deyib: Amerikanın son hərəkətləri, xüsusilə də İ.S.A qanunun müddətinin uzadılması Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə ziddiyyətdədir.

İran prezidenti Həsən Ruhani bazar günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amanonu Tehranda qəbul edib. Görüşdə İran prezidenti deyib: İran qarşısında Amerikanın seçdiyi yol dünyanın bu ölkə hökumətinə etimadının azalmasına səbəb olacaq.

Ruhani deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə anlaşmasının davam etməsi çərçivəsində bütün vəzifələrini yerinə yetirməlidir və bu beynəlxalq qurumun hesabatları texniki və tərəfsiz olmalıdır.

Ruhani nüvə anlaşmasını böyük anlaşma və müsbət təcrübə adlandırıb və əlavə edib: Nüvə Anlaşması bir tərəfdən region üçün əlavə əməkdaşlıq və stabilliyi töhfə gətirdi, digər tərəfdən isə İran xalqına qarşı ədalətsiz və qeyri-düzgün sanksiyaları ləğv edə bildi.

İran prezidenti deyib: Nüvə anlaşmasının davamlılığı bütün tərəflərin öz öhdəliklərinə sadiq qalması sayəsindədir və İran qarşı tərəflərin nüvə anlaşmasında öz öhdəliklərinə sadiq qaldığı zamana qədər öz öhdəliklərini yerinə yetirəcək və öhdəliklərini pozan ilk tərəf olmayacaq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru da bu görüşdə deyib: İran İslam Respublikası nüvə anlaşmasının icrası zamanından bu anlaşmadakı bütün öhdəliklərini yaxşı formada yerinə yetirib və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də var-gücü ilə anlaşmanın icrasını dəstəkləyir.

Amano həmçinin arxayın edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik gələcəkdə tərəfsiz və texniki təşkilat olaraq öz işini davam etdirəcək.

Teqlər