Ruhani: Qanun qarşısında hamı bərabərdir
-
İran İslam Respublikası prezidenti Həsən Ruhani
İran İslam Respublikası prezidenti deyib: Bütün İran vətəndaşları qanunun icrasında bərabər məsuliyyətə malikdir və bu konstitusiyada açıq-aşkar öz əksini tapıb.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səhər çağı Tehranda keçirilən "Konstitusiya və vətəndaşların hüquqları" adlı konfransda etdiyi çıxışında deyib: İran İslam Respublikasında kimsə qanundan istisna deyil və hamı qanun çərçivəsində hərəkət etməlidir.
Ruhani deyib: Ölkədən və Qanun hakimiyyətindən faydalanmaq üçün, heç kimsə, heç bir qurum, qurup, partiya, media və yaxud şəxs təhlükəsizlik qurşağına malik olmamalıdır.
İİR prezidenti deyib: İmzalanmış vətəndaş hüquqları bəyannaməsi konstitusiya deyil, amma konstitusiyanın icrasının yolunu asanlaşdırır və İİR qanunları ilə də heç bir zidiyyət təşkil etmir.