Ruhani Tehran-Moskva həmkarlığının gücləndirilməsini vurğulayıb
-
Ruhani Tehran-Moskva həmkarlığının gücləndirilməsini vurğulayıb
İran və Rusiya prezidentləri bazar ertəsi günü axşam bir telefon söhbətində Suriya xalqını himayənin vacibliyini vurğulayıb.
İran prezidenti Həsən Ruhani bu telefon söhbətində Qərbin terrorçuların zülmlərinə məruz qalan günahsız Suriya xalqının durumu ilə bağlı diqqətsizliyini tənqid edərək, Tehran-Moskva həmkarlığı və məşvərətlərinin gücləndirilməsi, Suriya xalqına dərman və ərzaq yardımlarının davam etdirilməsi və digər ölkələri bu yardımları göndərməyə təşviq etməyi zəruri adlandırıb.
Ruhani həmçinin İran, Türkiyə və Rusiya xarici işlər nazirlərinin Moskva iclasını alqışlayıb və belə deyib: Bu iclas Suriya xalqına yardım sahəsində üç ölkənin daha artıq ahəngdar olmasına kömək edə bilər.
Rusiya prezidenti Vladimir Putin də bu telefon söhbətində terrorçuların Suriyanın Hələb şəhərindən çıxarılmalarını uğurlu adlandırıb və bu sahədə Tehran-Moskva həmkarlığı və məşvərətlərinin davam etdirilməsi vacibliyini vurğulayıb.
Putin həmçinin hazırkı şəraitdə Suriya xalqına dəstəyin verilməsi və humanitar yardımların göndərilməsini zəruri sayaraq, söyləyib: Hazırkı dövrdə dünya ictimaiyyətinin, o sıradan İran və Rusiyanın vəzifəsi, Suriya xalqının qorunması və ona göstərilən yardımların davam etdirilməsidir.