Qırğızıstan prezidenti rəsmi surətdə İran prezidentini qarşılayıb
-
Qırğızıstan prezidenti rəsmi surətdə İran prezidentini qarşılayıb
Qırğızıstanın paytaxtı Bişkekdə bu ölkə prezidentinin İran İslam Respublikası prezidentini rəsmi qarşılama mərasimi keçirilib.
IRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün axşam Bişkekə daxil olarkən Qırğızıstan prezidenti Almazbek Atambayev tərəfindən rəsmi şəkildə qarşılanıb.
Ruhani özünün Mərkəzi Asiyaya olan dövri səfərinin sonuncu etapında və İran İslam Respublikası dövlətinin qonşularla münasibətlərin genişləndirilməsinə dair siyasətləri çərçivəsində Qazaxıstandan Qırğızıstana daxil olub.
Bişkekdə İran prezidentinin rəsmi surətdə qarşılanması mərasimində İran İslam Respublikası və Qırğızıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra iki ölkənin prezidentləri qarovul dəstəsinin önündən keçiblər. Onlar sonra öz nümayəndə heyətlərini bir-birilərinə təqdim ediblər.
İki ölkə prezidentlərinin ikitərəfli görüşü və iki tərəfin yüksək səviyyəli nümayəndə heyətlərinin müzakirələri cümə günü Qırğızıstan prezident sarayında keçiriləcək.
Həmçinin qərar üzrə qarşılıqlı əlaqə və həmkarlıqların genişləndirilməsi çərçivəsində iki tərəfin məsul şəxsləri tərəfindən bir neçə əməkdaşlıq sənədi imzalanacaq.