Ruhani: Qonşularla yaxın əlaqələr İranın xarici siyasətinin prinsipidir
İran İslam Respublikası prezidenti deyib: İranın xarici siyasətinin prinsiplərindən biri qonşu ölkələr, xüsusilə də Mərkəzi Asiya və Qafqaz ölkələri ilə yaxın əlaqələrdir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə gecə Ermənistan, Qazaxıstan və Qırğızıstana rəsmi səfərindən Tehrana dönərkən deyib: Regionun bugünkü şəraitində, İranın region və qonşu ölkələrlə əlaqələrinin daha da yaxınlaşması, əlavə məsləhətləşmələr və dəqiq proqramlar problemlər qarşısında daha yaxşı müqaviməti yaradacaqdır.
Həsən Ruhani bildirib: Sanksiyaların ləğvindən sonrakı şəraitdə qonşu və region ölkələri İran İslam Respublikası ilə iqtisadi əlaqələri genişləndirməyə maraqlıdırlar. Buna görə, sanksiyalardan sonrakı dövr üçün lazımi imkanlar yaradılmalıdır. İranın Avrasiya İttifaqının üzvləri olaraq Ermənistan, Qazaxıstan və Qırğızıstanla əlaqələrinin inkişafının vacibliyinə toxunaraq xatırladıb: Bu səfər çərçivəsində İranın Avrasiya İttifaqı ilə münasibətlərinin genişlənməsi üçün üstün ticarət, rüsumlar və İranın bu ittifaqa üzvlüyü haqda məsləhətləşmə və danışıqlar aparıldı.
İran prezidenti üçgünlük səfər, Ermənistan, Qırğızıstan və Qazaxıstan prezidentləri ilə görüş və 15 əməkdaşlıq sənədinin imzalanmasından sonra Tehrana dönüb.