İnqilab Rəhbəri: 9 Dey qəhrəmanlığı İslam Respublikası quruluşunun qüdrətinin nümunəsidir
İslam İnqilabının Böyük Rəhbəri 1388-ci il 9 dey (2009-cu il 29 dekabr) qəhrəmanlığının ildönümü ərəfəsində bu misilsiz qəhrəmanlığı və xalqın ideoloji qüdrətini İslam Respublikası quruluşunun qüdrətinin nümunələrindən adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Fiqh Xaric Dərsinin başlanğıcında və 1388-ci il 9 dey qəhrəmanlığının ildönümü ərəfəsində zalımların islam hakimiyyəti ilə praktiki düşmənçiliyi və kin-küdurəti və onların islam quruluşunun qüdrət parametrlərini məhv etmək üzrə səylərinə toxunaraq xatırladıblar: Zalım qüdrətlərin İslam Respublikası ilə bugünkü qarşılaşmasının parametri İran xalqının maddi, mənəvi qüdrəti və iradəsini yox etmək istiqamətindədir. Qarşıda bu qüdrəti qorumaq və gün-gündən gücləndirmək lazımdır.
Həzrət Ayətullahülüzma Xamenei əziz islam peyğəmbərindən (s.ə.s) bir rəvaytə toxuanraq qüdrətə malik olmaq sayəsində bəşər ictimaiyyətlərində xeyir və səadətin əldə olunmasının mümkünlüyünü bildirib və əlavə ediblər: ABŞ kimi zalım qüdrətlər cəmiyyətin səadətini və "Amerika dəyərləri" adlandırdıqları prosesi sərvət toplamaq və dünayaya nəzarətlə izləyirlər. Lakin islam bəşərin səadətini insan kamilliyi, düşüncənin önəmi və bütün ictimai məsələlərdə Qurana əməl etməkdə görür.
İslam İnqilabının Böyük Rəhbəri islamdan yaranan quruluşun mövcudluğu və regionun müxtəlif məsələlərində qüdrət və nüfuza malik olmasını dünya qüdrətlərinin düşmənçiliyi və kin-küdurətinin alovlanmasına səbəb olduğunu bildirib və əlavə ediblər: Zalım quruluş dünyada zülm və ayrı-seçkiliyə qarşı istənilən təfəkkür və cərəyanla müxalifdir. O zaman var-gücü ilə bir cərəyanın qarşısında, o cərəyanın bir xalq okeanını hərəkətə gətirdiyi zaman müxalifətə qalxır.
İnqilab Rəhbəri İslam Respublikası ilə müxtəlif düşmənçiliklər və məkrli planların kökünü zalım quruluşun təbii ehtiyatlar, işçi qüvvəsi, iqtisadiyyat, məntiq və diplomatiya, layiqli hərbi qüdrətdən faydalanan İrana qarşı olmasının bariz nümunəsi adlandırıb və deyiblər: İslam Respublikası bu düşmənçiliklər qarşısında öz qüdrətini artırmalıdır. Daxili qüdrətin artırılması və daxili istehsalın möhkəmləndirilməsinin dəfələrlə vurğulanmasının səbəbi də elə budur.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin qüdrətin növləri, o cümlədən ideoloji, iqtisadi, ictimai və xalq səfərbərliyi qüdrəti ilə təchiz olunmanın zəruriliyini qeyd edərək bildiriblər: İslam İnqilabından təxminən 40 ilin keçməsi ilə 22 bəhməndə milyonlarla insanın küçələrə axışması islam quruluşunun xalq səfərbərliyindəki qüdrətinin nişanəsidir. Bunun özü dünyada misilsizdir.
İslam İnqilabının Böyük Rəhbəri 9 dey hadisəsini quruluşun qüdrət amillərinin digər bir nümunəsi adlandırıb və əlavə ediblər: O misilsiz hadisədə heç kim məmur deyildi və islam quruluşunun əsasını təşkil edən düşüncə qüdrəti vətəndaşları küçələrə gətirdi və o misilsiz hadisə yarandı.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin səadət və bədbəxtliyin qüdrətdən istifadənin forması sayəsində olduğunu bildirərək nüvə silahı nəticəsində qüdrət barəsində deyiblər: Nüvə silahının qadağan edilməsinin çox önəmli fiqhi və məntiqi əsasları vardır. Lakin digər qüdrət növlərini əldə etmək üçün səy göstərmək dövlət və xalqın ixtiyarındadır.