Vilayəti: Hələbdə qələbə fəthulfutuh idi
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin müdiri Hələbdə qələbəni fəthulfutuh adlandırıb.
IRIB-nin məlumatına görə, Əli Əkbər Vilayəti bu gün Tehranda Suriyanın xarici işlər naziri Vəlid Əl-Muəllim ilə görüşdə əlavə edib: Hələb qələbəsi fəthulfutuhdur və Suriyanın dostu və düşməni bu məsələni etiraf edir.
Vilayəti söyləyib: İran və Suriya daim uzunmüddətli və strateji əlarələrə malik olublar və bu əlaqələr Suriyanın keçmiş və mərhum prezidenti Hafiz Əsəd zamanından bəri bərqərar olubdur.
Suriyanın xarici işlər naziri Vəlid Əl-Muəllim də bu görüşdə Hələb qələbəsini Suriya, İran və Rusiyanın birgə qələbəsi adlandırıb və belə deyib: Hərbi əməliyyatların dayandırılması, eləcə də Suriya, İran və Rusiyanın koordinasiyası ilə suriyalı-suriyalı danışıqlar üçün qapılar açılıbdır.
Vəlid Əl-Muəllim qeyd edib ki, Hələbin azad edilməsi və bu şəhərdə hərbi əməliyyatların dayandırılması Suriyanın gələcəyinin qurulmasında iştirak etmək istəyən kəslər üçün tarixi və həqiqi bir fürsət yaradacaqdır.