General Esmaili: İranda 3700 HHM nöqtəsi yaradılıb
İran İslam Respublikası Ordusunun Xatəmulənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı deyib ki, ötən altı ildə İranda İranda 3700 Hava Hücumundan Müdafiə nöqtəsi yaradılıb.
General-mayor Fərzad Esmaili çərşənbə günü İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhrestanında əlavə edib: İranın 6-cı inkişaf proqramının sonunadək bu miqdar beş min nöqtəyə çatmalıdır.
General Esmaili silahlı qüvvələrin siyasi olmamaları vacibliyini vurğulayaraq, söyləyib: İran İslam Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın fərmanına itaət edirlər və müqəddəs islami quruluşu, xalqı və şəhidlərin qanlarını müdafiə yolunda qanlarının son damlasınadək dayanıblar.
İran İslam Respublikası Ordusunun Xatəmulənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı həmçinin Müqəddəs Müdafiə Dövründə ordunun hava hücumundan müdafiə sahəsindəki rəşadət və qəhrəmanlıqlarına işarə edərək, deyib: Məcburi müharibənin əvvəlində İraq 650 hərbi təyyarəyə malik idi ki, müharibənin sonunadək bu miqdar 1130 ədədə çatdı, lakin həmin miqdardan 700 təyyarəni İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Müqəddəs Müdafiə Dövründə məhv etdilər.