İnqilab Rəhbəri: İngilislər İraq, Suriya, Yəmən və Liviyanı parçalamaq istəyirlər
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Müstəqil və irəliləyən İranın əsas düşmənləri Amerika, İngiltərə, beynəlxalq qızıl ağaları və sionistlərdirlər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün minlərlə Qum əhalisi ilə görüşündə əsas xarici düşmənlərin şüar deyil, faktlara söykənən reallıq olduğunu bildiriblər və deyiblər: ABŞ-ın dırnaq arası mülayim xüsusiyyətli dövlət katibi vidalaşma məktubunda növbəti hökumətə tövsiyə edir ki, "İrana qarşı barışmaz mövqedə dursun, sanksiyaları davam etdirsin. Ona görə ki, İrana qarşı sərt olmaqla ondan imtiyaz almaq olur." Bu üzü gülər düşmənin, İranı şər məhvəri adlandıran düşmənlə heç bir fərqi yoxdur.
İslam İnqilabının Böyük Rəhbəri ingilislərin düşmənçiliyi barədə isə xatırladıblar: Ayaqdan düşmüş qoca müstəmləkəçi İngiltərə indi bir daha Fars körfəzinə gəlib və region ölkələrindən istifadə etməklə öz mənafeyini təmin etmək istəyir. Məhz buna görə də, özü həqiqi mənada təhdid olarkən İranın təhdid olduğunu iddia edir.
Həzrət Ayətullahül-üzma Xamenei deyiblər: İngilis dairələr region ölkələri və İrana qarşı planlar hazırlamaqdadırlar, onların məqsədlərindən biri İraq, Suriya, Yəmən və Liviyanı parçalamaqdan ibarətdir, elə İran barədə də belə niyyətə malikdirlər, lakin İranın ümumi fikrindən son dərəcə qorxduqlarına görə, bu niyyətlərini açıb-ağartmırlar.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: İngilislər təsəvvür edirlər ki, Yekun Müştərək Təşəbbüs Proqramından sonrakı mərhələyə sanksiyalar və məhdudiyyətlər, eləcə də regionda və İranda yerlilərə təlimat vermək və onları silahlandırmaqla onları islam quruluşu və xalqın canına salmağı planlaşdırmaqdadırlar.
Həzrət Ayətullahül-üzma Xamenei Amerika və İngiltərənin düşüncə mərkəzlərinin "siyasi din" ilə mübarizə və "dinin siyasətdən ayrılması" düşüncəsinin təbliği üçün planlar hazırladıqlarına toxunaraq xatırladıblar: Onlar məscidin küncündə, evin içində və insanların sadəcə içərisində qalan dinin ardıncadırlar və iqtisadiyyat və siyasət sahələrində əməllə yanaşı olan, düşmənə təslim olmayan dinin əleyhinədirlər.
İslam İnqilabının Böyük Rəhbəri təkid ediblər: Düşmən dövləti, iqtisadiyyatı, gücü, siyasəti, ordusu və maliyyə və idarəetmə sistemi olan dindən qorxur. Ona görə də, düzgün dini mərifət dinin həyatdan və siyasətdən ayrılmamasından ibarətdir.
İslam İnqilabının Böyük Rəhbəri düşmənin İran xalqı barədə anlayışının səhv olduğunu xatırladaraq 2009-cu ilin fitnəsinin düşmənin səhv hesablamalarının bir nümunəsi olduğunu bildirib və xatırladıblar: Düşmən 2009-cu ildə fitnə salaraq işi çox həssas nöqtəyə çatdırdığını təsəvvür edirdi. Amma qəfildən 1978-ci il 9 yanvar hərəkatının cinsindən olan 29 dekabr xalq fəallığının şahidi oldu və bu hadisə hamını heyrətdə qoydu.
Qum şəhəri əhalisindən ibarət minlərlə nəfərin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü Qum əhalisinin 1978-ci il 9 yanvar tarixi qiyamının 39-cu ildönümü günü münasibəti ilə reallaşıb.