Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi torpağa verildi
İranın məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) pak məqbərəsində torpağa verildi
İRNA-nın verdiyi məlumata görə, yüz minlərlə xalq kütlələrinin iştirakı ilə İranın məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi Tehran universitetindən müşayiət edilərək İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) pak məqbərəsində torpağa verildi.
Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinə islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei namaz qılıblar. Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin dəfn mərasimində ölkənin siyasi və hərbi rəsmiləri və Tehrandakı xarici ölkələrin səfirləri və diplomatları iştirak ediblər.
Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam ürək infarktı keçirərək Tehranda xəstəxanada dünyasını dəyişdi.