Yan 16, 2017 19:01 Asia/Baku
  • İdman və idman ləvazimatı sərgisi
    İdman və idman ləvazimatı sərgisi

12 min kvadratmetr ərazisi olan Tehran Beynəlxalq Sərgilər məkanı İran və bölgədə idmançılar və idman sənayesi üçün böyük perspektiv açıb.

15-ci Beynəlxalq İdman və İdman Ləvazimatı sərgisi idman və gənclər nazirinin iştirakı ilə öz işinə başlayıb. Bu sərgi müxtəlif şirkətlərin öz məhsullarını təqdim etməsi üçün yaxşı fürstədir. Bütün şirkətlər və müəssisələr, hətta müxtəlif şəxslər bu sərgiyə gələrək, ehtiyac duyduqları məhsulların təxminən hamısını ala bilərlər.

Sərgi təşkilatçısı deyib: 290 İran şirkəti və 20 xarici şirkətin iştirakı təqdim olunan məhsullar və münasib bazarı əldə etmək üçün güclü rəqabətin olduğunu göstərir.

Bu dövr sərginin təşkilatçısı belə müxtəlif məhsulların təqdim olunması haqda deyir:

Sərgi təşkilatçısı deyib: Peşəkar Bodibildinq ləvazimatı, mənzil ləvazimatı, idman geyimləri, müxtəlif toplar, döşəmə, güləş döşəkləri, idman ayaqqabıları və dərman və idman qidaları bu sərgidə təqdim olunur. Çin, Taivan, Almaniya, İspaniya, İtaliya, İsveçrə və Birləşmiş Ərəb Əmirliklərindən şirkətlərin iştirakı bu dövr sərginin maraqlı və önəmli olduğunu əks etdirir. 

Sərgi təşkilatçısı deyib: Həmrəylik konfranslarının keçirilməsi yerli və xarici şirkətlərin bir-birlərinin potensialları ilə tanış olması ilə yanaşı yeni istehsalat sahəsində ideyaların mübadilə etmələrinə səbəb olmuşdur. 

Teqlər