Yan 19, 2017 15:20 Asia/Baku
  • Tehran yanğınında 30 nəfərin taleyi naməlumdur
    Tehran yanğınında 30 nəfərin taleyi naməlumdur

Tehranın mərkəzində yerləşən Plasko binası geniş yanğın nəticəsində çökübdür.

Yanğınsöndürənlərdən 30 nəfərin taleyindən xəbər yoxdur. Hazırda ordu qüvvələri yardım üçün hadisə yerindədirlər. Həmçinin Tehran prokurorunun müavinləri də hadisə yerində detalları araşdırmaq üçün iştirak edirlər.

Son məlumatlara əsasən, Plasko kompleksi ətrafındakı iki səfirlik boşaldılıbdır.

Bəzi məlumatlara görə, bu hadisədə indiyədək 70 nəfər bədən xəsarəti alıb.

Bu bina elə bir halda çökübdür ki, bir qrup yanğınsöndürən yanğın söndürməklə məşğul imiş.

Tehranın İstanbul dörd yolayrıcında yerləşən Plasko binası geyim sənayesi üzrə ən mühüm mərkəzlərdən biri sayılırdı.

İranın təcili yardım təşkilatının başçısı Pir Hüseyn Kulivənd deyib ki, bu gün səhər saat səkkiz radələrində Plasko binasının üst mərtəbələrində yanğın baş verib.

Hazırda 9 təcili yardım maşını və iki təcili yardım avtobusu hadisə yerindədir və ətrafdakı xəstəxanlar da hazır vəziyyətə gətiriliblər.

Teqlər