Prezident Tehranda ticarət mərkəzinin çökməsinin ardınca göstəriş verib
İran prezidenti daxili işlər nazirinə göstəriş verib ki, tez bir zamanda hadisənin səbəbi və məsuliyyətini araşdıraraq, hesabat versin.
İran prezidenti Həsən Ruhani əziz həmvətənlərimizin bir qrupunun həlak olması və bədən xəsarəti alması ilə nəticələnmiş Tehrandakı Plasko binasının yanması və uçması hadisəsindən təəssüf ifadə edərək, daxili işlər nazirinə göstəriş verib ki, tez bir zamanda hadisənin səbəbi və məsuliyyətini araşdıraraq, hesabat versin, həmçinin yaralılara baxılması və zərər çəkənlərin xəsarətlərinin əvəzinin çıxılması əlaqədar orqanlar tərəfindən həyata keçirilsin.
Tehranda yerləşən 15 mərtəbəli Plasko binası bu gün səhər yanğına düçar oldu.
Yanğınsöndürmə məmurları bir neçə saat yanğını söndürməyə cəhd göstəriblər, ancaq yanğının genişlənməsilə bu bina tamamilə çökübdür.
Bu ticarət kompleksinin çökməsilə əksəriyyətini yanğınsöndürənlər təşkil edən təqribən otuz nəfər uçqunlar altında qalıb.