Qalibaf: Yanğınsöndürənlərin 20-si həyatını itirib
https://azeri.sahartv.ir/news/İran-i257035-qalibaf_yanğınsöndürənlərin_20_si_həyatını_itirib
Tehran meri deyib ki, indiyədək 20-dən çox yanğınsöndürən əhalinin nicatı yolunda həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2017 16:36 Asia/Baku
  • Qalibaf: Yanğınsöndürənlərin 20-si həyatını itirib
    Qalibaf: Yanğınsöndürənlərin 20-si həyatını itirib

Tehran meri deyib ki, indiyədək 20-dən çox yanğınsöndürən əhalinin nicatı yolunda həyatını itirib.

Məhəmməd Qalibaf Plasko binası məkanından Tehran telekanalı ilə birbaşa bağlantıda əlavə edib: Mənim yanğınsöndürmə təşkilatındakı həmkarlarımın bütün səyi binanın boşaldılması olub və yanğınsöndürənlərdən başqa kəslərin uçqunlar altında qalması ehtimalı çox azdır.

O, bütün məsul orqanların, o sıradan hüquq-mühafizə, su, işıq və qaz idarələrinin yaxşı həmkarlıqlarına görə təşəkkür edərək deyib: Hər halda 17 mərtəbəli bir tikinti üç mərtəbəli bir bina hündürlüyündə sıxılıb və tikinti materiallarının ayrılması, həmçinin uçqunlar altında qalanların çıxarılması çətin bir işdir, amma bu fəaliyyət dayanmadan davam etdiriləcək.