İnqilab Rəhbəri tərəfindən Azad İslam Universitetinin təsisçilər heyətinin sədri təyin olunub
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir hökm verərək, Əli Əkbər Vilayətini Azad İslam Universitetinin təsisçilər heyətinin sədri təyin ediblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hökmünün mətnində deyilir: Universitetin təsisçilər heyəti və qəyyumlar şurasının möhtərəm sədrinin ağır itkisi və təsisçilər heyəti sədrinin seçilməsi tərzi ilə bağlı Ali Mədəni İnqilab Şurası tərəfindən qəbul olunmuş əsasnamənin dayanması, həmçinin bu məsuliyətin üzərinə qoyulacağı şəxsin seçilməsinin sürətləndirilməsi zərurəti ilə əlaqədar olaraq, həmin heyətin üzvlərindən olan Əli Əkbər Vilayətini təsisçilər heyətinin sədri təyin edirəm ki, ölkənin ali təhsil sistemində təsirli rol oynayan həmin orqanın işlərinin qanuni axarında heç bir dayanma yaranmasın.