Əmir Abdullahian: Astana iclası Suriya böhranının həllində önəmli addım idi
İran parlamenti sədrinin xüsusi köməkçisi deyib: Astanada Suriya sülh müzakirələri Suriya böhranının həlli istiqamətində önəmli addım idi amma bu hələ işin başlanğıcıdır.
Hüseyn Əmir Abdullahian Dəməşqdə İRNA-ya verdiyi müsahibəsində deyib: Siyasi müzakirə Suriya böhranının yeganə həlli yoludur amma müzakirə real baxışla , böhranın siyası həllinə inanan müxaliflərin nümayəndələrinin iştirakı ilə keçirilməlidir.
Əmir Abdullahian deyib: Suriyada cinayət törətmiş terrorçularla müzakirənin heç bir nəticəsi olmaz.
İranın parlament ispikerinin köməkçisi deyib: Astana müzakirə masası arxasında oturan bəzi terrorçu qruplar son həftələr ərzində Dəməşqin içməli suyunu zəhərləyiblər halbuki Astana iclasında siyasi görüntü ilə iştirak edirdilər.
Qazaxıstan paytaxtı Astanada Suriya sülh müzakirələri İran İslam Respublikası , Rusiya və Türkiyənin təşəbbüskarlığı ilə yanvarın 23-24-də keçirildi.