Yan 28, 2017 16:24 Asia/Baku
  • 
“Plasko”da dağıntıları təmizləmə əməliyyatı başa çatdı
    “Plasko”da dağıntıları təmizləmə əməliyyatı başa çatdı

Tehran bələdiyə idarəsi rəisinin müavini “Plasko”da dağıntıları təmizləmə əməliyyatının başa çatdığını bildirib.

Amma, “Plasko” hadisəsindən keçən 10 gündə virtual aləm reallıq ilə aldadıcı informasiyalar arasında həqiqi mübarizənin şahidi olub.

 

İRİB-nin müxbiri:

“Plasko” binasının uçmasının ardınca virtual aləmdə baş verənlərlə bağlı yayılan bəzi görüntülər adama elə təsir bağışlayır ki, sanki, binanın uçduğu zaman içəridə insanlar olub və onlar uçqunlar altında  qalıblar.

Və ya binanın uçmasından bir neçə saniyə öncə və binanın daxilindən çəkilən fotoşəkillər habelə, oxşar görüntülər yayımlayaraq, imdad və nicat əməliyyatının yararsız olduğu haqda təsəvvür yaratmağa səy göstərilib.

Bəs görəsən reallıqda nə baş verib?

Yanğınsöndürmə əməliyyatına rəhbərlik edənlərdən biri nə baş verdiyini bəyan edir. Hadisə yerindən 2 küçə yuxarıya gedirik. “Plasko” yenidən qarşımızda zahir olur. Amma, bu dəfə onun şimal hissəsində.

 

Yanğınsöndürmə idarəsi rəsmisi:

“Bu, 5 mərtəbəli bir binadır və hər mərtəbənin sonunda əsas binaya açılan bir qapı var.”

 

İRİB-nin müxbiri:

Yəni virtual aləmdə paylaşılan təsvirlərin daha artıq diqqət cəlb edə bilməsi üçün bu fakta və “Plasko”nun şimal blokunun hadisədə zərər çəkmədiyinə heç bir işarə edilmir.

Yanğınsöndürmə rəsmilərinin dediklərinə görə, “Plasko” binası dəmir konstruksiyalı iki ayrı blokdan ibarət imiş. Və binanın şimal bloku demək olar ki, o qədər də zərər çəkməyib. Dağıntılara məruz qalan binanın cənub blokudur.

 

Yanğınsöndürmə idarəsi rəsmisi:

“Binanın ön sütunları, yəni cənub sütunları bir-birindən tamamilə ayrıldığı üçün bina önə döğru çökərək, arxa hissəni də özü ilə aşağı çəkib. Bu hissə isə zərər çəkməyib.”

 

İRİB-nin müxbiri:

Maraqlıdır ki, binanın şimal blokunda mağazalar və orda olan mallara da heç bir zərər dəyməyib. Və təhlükəsizlik qüvvələri onların mühafizəsini təmin edir.

 

Teqlər