İsfahanın ənənəvi yeməkləri festivalı
İranlı qadınların hünəri həmişə dillər əzbəri olub. Bu dəfə İsfahan vilayəti və Şahinşəhr rayonu iranlı yeməklərin xoş ətrinə bürünübdür.
Şahinşəhrli evdar qadınlar ənənəvi yeməklər festivalında rəqabət aparıblar.
Daxilində müxtəlif qövmlərin yerləşdiklərinə və kiçik İran kimi tanındığına görə, müxtəlif qövmlərdən olan sənətkar qadınları dəvət etdik.
Ət, dolma və küftə, sənətkarcasına əlavələrlə plov və müxtəlif aş növləri hər kəsi iştahaya gətirir.
Ən yaxşı yeməkləri seçmək üçün bir neçə meyarı nəzərdə tutmuşdular.
Amma necə olur ki, hakimlər bu qədər yeməklə dadın müəyyən edilməsində səhv etmirlər.
Hakim: Hər bir yeməkdə ya su içir, ya da ki, turş limon yeyirik ki, dadlar bir-birinə qarışmasın.
Festival əlbəttə, rəqabət yaratmaqdan əlavə, digər hədəfləri də izləyibdir.
İştirakçılar ailə üzvlərinin iştirakı və səmimiliyini ənənəvi iranlı yeməklərin bişirilməsi özəlliklərindən hesab edirlər. Sonda 15 şahinşəhrli evdar qadının zəhməti dəyərləndirilib.