Laricani: İran regional və beynəlxalq məsələlərə daha real yanaşır
İran parlamentinin sədri deyib: Bəzi ölkələrlə müqayisədə İranın regional və beynəlxalq məsələlərə yanaşması reallığa daha uyğundur.
İRİB-in verdiyi məlumata görə, İranın İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Tehranda etdiyi çıxışında deyib: Separatçılıq, müharibə və iqtisadi sanksiyaların tətbiq edilməsi və nüvə böhranı kimi məsələlər İran İslam Respublikasını beynəlxalq və regional sahələrdə püxtələşdirib.
Laricani Orta Şərq regionunun daxili qarşıdurmalar və de-stabillik baxımından dünyanın ən qızğın zonası olduğunu xatırladaraq deyib: Beynəlxalq və regional məsələlərdə İranın rolu daha qabarıq şəkildə özünü göstərir və İranın məntiqli rəftarı onun davamlı təhlükəsizliyə malik olmasına gətirib-çıxarıb.
İran parlamentinin sədri həmçinin ABŞ prezidentinin İrana qarşı açıqlamalarını tənqid edərək deyib: İran İslam Respublikasının məntiqli və düşüncəli rəftarı bəzi böyük ölkələrin sayıqlamaları ilə müqayisədə onu deməyə əsas verir ki, bu kimi ölkələrin bəzi başçıları özləri və digər ölkələr üçün problem yaradıblar.