Yaxın Şərqin ən yaxşı avadanlıqlarla təchiz edilmiş baytarlıq klinikası Tehranda istifadəyə verildi
https://azeri.sahartv.ir/news/İran-i259027-yaxın_Şərqin_ən_yaxşı_avadanlıqlarla_təchiz_edilmiş_baytarlıq_klinikası_tehranda_istifadəyə_verildi
Heyvan və quş xəstəliklərinin önlənilməsi məqsədi ilə Tehranda Yaxın Şərqin ən yaxşı avadanlıqlarla təchiz edilmiş baytarlıq klinikası təsis edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2017 15:43 Asia/Baku
  • Yaxın Şərqin ən yaxşı avadanlıqlarla təchiz edilmiş baytarlıq klinikası Tehranda istifadəyə verildi
    Yaxın Şərqin ən yaxşı avadanlıqlarla təchiz edilmiş baytarlıq klinikası Tehranda istifadəyə verildi

Heyvan və quş xəstəliklərinin önlənilməsi məqsədi ilə Tehranda Yaxın Şərqin ən yaxşı avadanlıqlarla təchiz edilmiş baytarlıq klinikası təsis edilib.

Bu baytarlıq klinikası müxtəlif sahələr üzrə ixtisaslaşmış bir qrup baytar və veterinarın əməkdaşlığı ilə təsis edilib. Bu klinika kiçik ev heyvanları, bəzək quşları və ekzotik heyvanların xəstəlikləri üzrə diaqnostik və müalicə xidmətləri göstərəcək. Günün 24 saatı xidmət göstərəcək bu klinika daxili, cərrahiyyə, radiologiya, aptek, stomatologiya, ultrasəs, yoluxucu və qeyri-infeksion xəstəliklər, reanimasiya, təcili yardım, aptek və ev heyvanları üçün aksesuarların satış mərkəzi kimi çeşidli bölmələrə və xidmətlərə malikdir.