Fev 07, 2017 14:53 Asia/Baku
  • Ayətullah Xamenei: İran xalqı Amerikanın təhdidlərinin cavabını 22 bəhməndə verəcək
    Ayətullah Xamenei: İran xalqı Amerikanın təhdidlərinin cavabını 22 bəhməndə verəcək

İslam inqilabının böyük rəhbəri buyurublar: İran xalqı 22 bəhməndə Amerikanın təhdidlərinin cavabını verəcək.

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün İİR ordusunun hava qoşunlarının və havadan müdafiə komandanları və qüvvələri ilə görüşündə bildiriblər: Amerikanın yeni prezidenti öz sözləri və təşəbbüsləri ilə İranın 38 il müddətində Amerikada hakim aparatın ətraflı şəkildə fəsada qurşandığı xüsusundakı sözlərini açıq-aydın ümumi fikrə təqdim etdi. 

Ayətullahül-üzma Xamenei ABŞ prezidentinin İranın Amerikanın keçmiş hökumətinə təşəkkür etməli oldğuna dair sözlərinə toxunaraq buyurublar: Amerikanın keçmiş hökuməti islami quruluşu iflic etmək məqsədi ilə, İrana qarşı ağır sanksiyalar tətbiq etdi və əlbəttə bu məqsədinə nail olmadı, heç bir başqa düşmən də bu xalqa zərbə vura bilməyəcəkdir. 

İran İslam Respublikası ordusu hava qoşunları komandanlarının 1357-ci hicri şəmsi ili bəhmən ayının 19-da İmam Xomeyni(r.ə) ilə tarixi görüşünün ildönümü günündə baş tutan hava qoşunlarının komandan və qüvvələrindən ibarət bir qrupun Ali Baş Komandan ilə görüşündə Ayətullahül-üzma Xamenei həmin gündə hava qoşunlarının İmam Xomeyni(r.ə) ilə beyətini islam inqilabı tarixində təyinedici adlandıraraq bildiriblər: Ordunun hava qoşunları Tağut rejimi dövründə Amerikadan asılı siyasi sistemə ən yaxın qurumlardan biri idi və o rejim heç vaxt ağlına gətirmədiyi yerdən ağır zərbə aldı. 

Ayətullahül-üzma Xamenei təkidlə bildiriblər: Şeytanlara etimad etmək, eləcə də islam hakimiyyəti və quruluşunun mövcudluğunun əlehinə olanlara ümid bəsləmək böyük xətadır. 

Teqlər