Zəngənə: İran öz neft hasilatını bir milyon barel artırıb
https://azeri.sahartv.ir/news/İran-i259259-zəngənə_İran_öz_neft_hasilatını_bir_milyon_barel_artırıb
İranın neft naziri deyib: İran bir çox sanksiyaları aradan götürmək və region ölkələrilə suap-dəyişdirmə sistemini müzakirə etməklə öz neft hasilatını bir milyon barel artıra bilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2017 08:02 Asia/Baku
  • Zəngənə: İran öz neft hasilatını bir milyon barel artırıb
    Zəngənə: İran öz neft hasilatını bir milyon barel artırıb

İranın neft naziri deyib: İran bir çox sanksiyaları aradan götürmək və region ölkələrilə suap-dəyişdirmə sistemini müzakirə etməklə öz neft hasilatını bir milyon barel artıra bilibdir.

IRIB-nin məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə dünən gecə İranın xəbər telekanalı ilə söhbətdə əlavə edib: 2017-ci ildə İranın neft ixracatının dəyəri təqribən əlli milyard dollara çatacaq, zira İran neft satışında məhdudiyyətə malik deyildir.

Zəngənə həmçinin deyib: Fevral ayında İran prezidentinin iştirakı ilə İranın cənubundakı Cənubi Pars qaz yatağının 17, 19, 20 və 21-ci blokları açılıb və İranın qaz hasilatına ildə 50 milyard kubmetr qaz əlavə olunub.

İranın neft naziri söyləyib: İran aparılmış proqramlaşdırmalar əsasında özünün neft-kimya məhsullarının miqdarını doqquz milyon tonadək artırmaq niyyətindədir.