Tehranın cümə namazı xətibi 22 Bəhmən yürüşündə əzəmətli iştirakı alqışladı
Tehranın müvəqqəti imam cüməsi: İran xalqı bu ilki 22 Bəhmən yürüşündə öz geniş və əzəmətli iştirakıilə İslam İnqilabının hədəf və məqsədlərini müdafidə qətiyyətli olduğunu bir daha nümayiş etdirərək, İran İslam Respublikasını təhdid edənlərə möhkəm cavab ermiş oldu.
Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani bu günkü cümə namazı xütbələrində deyib: İran xalqının 1979-cu ildə İslam İnqilabının qələbə çalması ilə nəticələnən istismar boyunduruğundan xilas və müstəqilliyə nail olmaq üzrə fədakarlıqları misilsiz idi.
Ayətullah İmami Kaşani həmçinin, ABŞ-ın yeni prezidenti Donald Trampın qərrları ilə bağlı Amerikanın özündə və digər ölkələrdə yüksələn etiraz səslərinə işarə edərək, deyib: 7 İslam ölkəsi vətəndaşlarının Amerikaya girişinin qadağan edilməsi üzrə qərar, ABŞ-ın yeni hökumətinin yeganə probleminin İslam olduğundan xəbər verir.
Tehranın müvəqqəti imam cüməsi super güclərin davamlı olaraq ölkələrin daxili işlərinə müdaxilə etməyə və xalqların taleyinə hakim kəsilməyə cəhd göstərdiklərini bildirib və deyib: Onlar regionda terrorizm ilə mübarizə apardıqlarını iddia edirlər. Halbuki, onların qırıcı təyyarələri İraq, Suriya və Yəməndə müdafiəsiz mülki əhalini bombardman etməklə məşğuldur.
Ayətullah İmami Kaşani əlavə edib: İŞİD terror qruplaşması ABŞ və regionun irticaçı rejimlərinin müştərək məhsuludur və onunla mübarizənin aparılması, region xalqlarının məhv edilməsi istiqamətində olan əcnəbi qüvvələrin iştirakına bəhanə məqsədi daşıyır.
Tehranın müvəqqəti imam cüməsi İslam ölkələrinin düşmənləri tanımalı olduğuna təkid edərək, vurğulayıb: Bu gün birlik və İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirmələrindən istifadə edərək, düşməni tanımaq lazımdır. Yalnız bu y olla onun fitnələri qarşısında ayıqlığı qorumaq və müqavimət aparmaq olar.