İran memarlığında kərpic
Təqribən 4 min il öncə heç bir tikinti materialı texniki və mühəndislik baxımından kərpic qədər davamlı olmayıb və bu kərpiclər İran memarlığının mahiyyətinə dəlalət edən bir faktdır.
Milli irs mütəxəssisləri kərpici İran memarlığının mahiyyətini bəyan edən mühüm bir ünsür olaraq təqdim edirlər. Kərpic bir neçə min illik tarixə malikdir və İranın bir çox sahələrini əhatə edir. Asan əldə edilməsi və yerli iqlim ilə uyğunluğu kərpicin İran memarlığında geniş istifadə edilməsinə səbəb olub. İranda beynəlxalq irs olaraq qeydə alınmış 20 dəyərli memarlıq əsəri var. Və onların böyük bir hissəsi kərpic binalardan ibarətdir. Misal olaraq Çoğazənbil məbədinə işarə etmək olar ki, 1379-cu ildə beynəlxalq irs kimi qeydə alınıb. Sultaniyə Günbəzi, Şuş qalası, Qabus Günbəzi və sairə. Bütün bunlar kərpic binalardırlar və beynəlxalq irs olaraq qeydə alınıblar.
YUNESKO-nun İrandakı nümayəndəsi Dr.Mistekin:
Fransadan bir qrup İranın tarixi binalarını müşahidə etmək üçün İrana gəlmişdi. Qrup rəhbəri dedi, Avropada da bu binalardan ilham alaraq, işlər görülüb. Amma, burda binaların ruhu var. Orda isə yox. Mən dedim: İranlı sənətkarlar bu binaları iman ilə tikiblər, siz isə sement ilə.
Seminarın elmi katibi Dr.Mehdi Məkkinejad:
Tarix boyu əsas iş bundan ibarət olub ki, bu kərpiclər ilə gözəl əsərlər yaradılsın və insanlara təqdim edilsin. Siz qədim şəhərlərdə və kəndlərdə binaların zahiri görünüşündə bir harmoniyanın şahidi olursunuz. Bu gün isə texnologiyanın inkişaf etməsi ilə kərpic istehsalı da modern formada həyata keçirilir.
İstehsalçı:
Bizim şirkətimiz Yaxın Şərqdə ən iri üzlük kərpiclər, bəzək kərpicləri və oda davamlı kərpiclər istehsal edən şirkətdir. Biz ən müasir avadanlıqlardan istifadə edərək, dənəvər hala gətirmək, presləmək, bişirmək və qablaşdırmaq işlərini həyata keçiririk və bu işlərin hamısı tam avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu isə istehsalın yaxşılaşmasına kömək edir.
Bu seminarda bir necə kərpic ustası da mükafatlandırıldı.
Heç şübhəsiz min illər keçmişi olan bu gözəl sənət nümunəsi barədə daha artıq düşündükdə, tam əminliklə demək olar ki, iranlılar incəsənət adamlarıdırlar.