Fev 20, 2017 11:49 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, bu ölkə amerikalıların tənbeh edilmələri ardınca deyil.

Əlməyadin telekanalının məlumatına görə, Laricani bu telekanal ilə müsahibədə deyib: Çünki məncə, amerikalılar bu ölkədə keçirilmiş bu seçkilərlə, yetərincə tənbeh olunublar. Əməldə görməliyik ki, amerikalılar nə edirlər? Amerikada daxili problemlər az deyil.

Laricani əlavə edib: Vizanın verilməsi məsələsində də gördük ki, geniş bir çaş-başlıq yarandı. Fürsət vermək lazımdır ki, Donald Tramp dövlətinin idarəçilik sistemi formalaşsın.

O, qeyd edib: Fars Körfəzi Əməkdaşlıq Şurası bizə müzakirə xahişi ilə müraciət etmişdi və bizim buna sözümüz yoxdur. Səudların özləri də dialoqa maraq göstərərlərsə, biz buna qarşı deyilik. Biz nə danışıqlar üçün şərt təyin, nə də ki, şərt qəbul edirik.

İran İslam Şurası Məclisinin sədri söyləyib: Suriya məsələsində Rusiya ilə ciddi razılaşmaya malikik və digər məsələlər barədə də şərait fərqlidir. Amma bütövlükdə deyə bilərik ki, İran və Rusiya strateji əlaqələr yolunda addımlayırlar.

 

Teqlər