İnqilab Rəhbəri İranın cənub əhalisinin problemlərinin həllinin sürətləndirilməsi vacibliyini vurğulayıblar
İslam İnqilabının Böyük Rəhbəri İranın cənub məntəqələrində sel və toz-torpaq nəticəsində yaranmış böyük xəsarətlər və problemlərə toxunaraq, rəsmilərin xalq ilə yanaşı bu problemlərin həlli üçün tədbir görmə və qəti addım atmalarının vacibliyini vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər xarici fiqh dərsinin əvvəlində İranın cənubunda baş vermiş iki sel zamanı əhali üçün yaranmış problemlər barədəki keçmiş müşahidələrinə işarə edərək, belə əlavə ediblər: Sel böyük bir bəladır; əhali və ailələr üçün böyük xəsarətlər yaradır və cənub məntəqələrində seldən zərər çəkmiş əhaliyə yardım bir vəzifə və vacib bir işdir.
İslam İnqilabının Böyük Rəhbəri Xuzistan ostanının bu günlərdəki problemləri və bu vilayətdə soyuq havada su, işıq və rabitə vasitələrinin kəsilməsini əhalinin son dərəcə çətin və narahatedici problemlərindən digər bir nümunə adlandıraraq, deyiblər: Məsul şəxslər bu məsələlərə baxmağa borcludurlar.
Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: Əgər bir kəs xalqın fikrində olmuş olarsa, Xuzistan ostanının çətin məsələləri qarşısında rahat qala bilməz və bu, hökumətlərin qəti, təcili və daimi vəzifəsidir ki, xalqın fikrində olmuş olsunlar.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin toz hissəcikləri məsələsini həll etmək yerinə, onun məsuliyyətini keçmişdəkilərlə əlaqələndirən kəsləri tənqid edərək, belə qeyd ediblər: Düzdür ki, bəzi məsələlər uzunmüddətli tədbirlərə ehtiyaclıdır, amma hazırkı vəziyyətin keçmişdəkilərin bu məsələnin fikrində olmamalarının nəticəsi olması haqdakı sözlər yetərsizdir və bir problemi həll etmir və bir müddət də başqaları hazırkı məsul şəxslər barədə həmin mühakiməni yürüdəcəklər ki, nə üçün xalqın probleminə əlac üçün bir iş görülmədi?
İslam İnqilabının Böyük Rəhbəri sonra deyiblər: Xalqın yaşayışındakı çətinlikləri duymaq, onlara əlac qılmaq üçün tədbir və iş görmək, səy göstərmək, həmdərdlik və həmrəylik etmək lazımdır.
Məlumatlara görə, son yağıntıların ardınca İranın Lorustan, İlam, Kermanşah, Fars, Xuzestan, Cəhar Məhal və Bəxtiyari, Həmədan və Kürdüstan ostanları sel problemi ilə üzləşiblər.