Amoli Laricani: Fələstin, insan haqları iddialarının dəyərləndirilməsi üçün bir məhəkdir
https://azeri.sahartv.ir/news/İran-i260594-amoli_laricani_fələstin_insan_haqları_iddialarının_dəyərləndirilməsi_üçün_bir_məhəkdir
İranın məhkəmə hakimiyyətinin sədri deyib: Fələstin, Qərb dünyasının insan haqları iddialarının, eləcə də onların sözlərinin sədaqəti və sədaqətsizliyinin dəyərləndirilməsi üçün bir məhəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2017 15:48 Asia/Baku
  • Amoli Laricani
    Amoli Laricani

İranın məhkəmə hakimiyyətinin sədri deyib: Fələstin, Qərb dünyasının insan haqları iddialarının, eləcə də onların sözlərinin sədaqəti və sədaqətsizliyinin dəyərləndirilməsi üçün bir məhəkdir.

İranın məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani bu gün Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransında əlavə edib: Fələstin məsələsi coğrafi bir nöqtədə məhdudlaşan bir ölkə məsələsi deyil, əksinə bu məsələ bütün İslam Dünyasının məsələsidir.

Ayətullah Sadiq Amoli Laricani Fələstin məsələsini ideologiyaların qarşıdurması məsələsi adlandırıb və belə deyib: Fələstin məsələsi regionda qərbli liberalist ideologiyasına söykənən sionist rejim baxışı qarşısında tövhidi iman və İslam idelogiyasının qarşıdurmasıdır.