İran və Azərbaycan arasında birgə bank hesabı layihəsinin reallaşdırılması bir zərurətdir
https://azeri.sahartv.ir/news/İran-i260618-İran_və_azərbaycan_arasında_birgə_bank_hesabı_layihəsinin_reallaşdırılması_bir_zərurətdir
İranın Mərkəzi Bankının sədri İran və Azərbaycan arasında əmtəə məhsullarının idxalı və ixracını asanlaşdırmaq üçün birgə bank hesabı layihəsinin gerçəkləşdirilməsini bir zərurət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2017 07:38 Asia/Baku
  • İran və Azərbaycan arasında birgə bank hesabı layihəsinin reallaşdırılması bir zərurətdir
    İran və Azərbaycan arasında birgə bank hesabı layihəsinin reallaşdırılması bir zərurətdir

İranın Mərkəzi Bankının sədri İran və Azərbaycan arasında əmtəə məhsullarının idxalı və ixracını asanlaşdırmaq üçün birgə bank hesabı layihəsinin gerçəkləşdirilməsini bir zərurət adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyf çərşənbə günü Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vadim Xubanov ilə görüşdə deyib: İqtisadi əlaqələrin əsas bazası münasib bank əlaqələrinin olmasıdır. Buna görə də, iki tərəf arasında bu xüsusda aparılan müzakirələrin reallaşdırılması əlaqələr üçün aydın persepktiv yaratmış olar. 

Vadim Xubanov da bu görüşdə deyib: Mövcud ortaqlıqları və praktik həll yollarını nəzərə alaraq, əməkdaşlıqlar aydın perspektivə malikdir. 

V.Xubanov həmçinin ümidvarlıq edib ki, İran və Azərbaycan bu xüsusda aparılan danışıqlarda əlaqələrin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə nail olsunlar. 

İran Mərkəzi Bankı sədri Vəliyullah Seyf fevral ayında azərbaycanlı həmkarı Elman Rüstəmovun rəsmi dəvəti ilə Azərbaycana səfər etmiş və bu ölkənin maliyyə və iqtisadiyyat rəsmiləri ilə görüşüb, bank əməkdaşlıqlarının genişləndirilməsi yolları barədə danışıqlar aparmışdı. 

Seyf iki ölkənin elektron kartlarının birləşdirilməsini və xüsusi bir bank hesabı mexanizminin yaradılmasını təklif etmişdi.